İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir. Respublikamızda geniş yayılan bitki “dərgil” də adlandırılır.
Faydalarını təqdim edirik:
– İmmuniteti gücləndirir,
– İltihabi proseslərin qarşısını alır,
– Soyuqdəymə zamanı olduqca xeyirlidir,
– Sinir sistemini sakitləşdirir,
– Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır,
– Mədə ağrılarını götürür,
– Ürək damar xəstəlikləri üçün faydalıdır,
– Qan təzyiqini aşağı salır,
– Maddələr mübadiləsini normallaşdırır.