qabyuyan masin

İxtiraları ilə milyonçu olanların sirləri…

Baxış sayı: 614

Saç rezininin ixtirası həyatını dəyişdi

“İnvisibobble” brendinin yaradıcısı bütün dünyada məşhur olan spiral yaylı saç rezinlərinin yaranması və onu milyonçu etməsi barədə sirrini bölüşüb.
İsveçrəli Sofi Trelles-Tvede bu rezinləri 18 yaşında olarkən universitetdə bayram tədbiri zamanı ixtira edib. Qaydalara görə, tədbirə geyimdən başqa heç nə götürmək olmazdı. Bu səbəbdən qız saçlarını yığmaq istəyəndə evdə istifadə olunmayan telefonun naqilindən istifadə edib.  Növbəti gün yuxudan ayılanda qız başının ağrımadığını görüb. Halbuki adi rezinlə saçlarını yığanda həmişə başı ağrıyırdı. O, bu barədə sevgilisinə deyir və cütlük spiral yaylı saç rezinlərinin dizaynına başlayırlar.

Qeyd edək ki, həmin gənc hazırda Sofinin biznes müttəfiqidir.

“Biz telefon naqilləri hazırlayan kişidən kömək istədik. “İnvisibobble” markasının ilk partiyası çox görkəmsiz alınmışdı və tanışlarım tərəfindən rişxəndlə qarşılanmışdı. Ancaq buna baxmayaraq, ruhdan düşmədik”, – deyə Sofi bildirib.

Bundan sonra rezinlər üç ədəd şəklində şəffaf qutuda qablaşdırıldı. Komplektlər beş funta satılmağa başladı. Artıq  universiteti bitirdikdə Trelle-Tvedenin şirkətinin dövriyyəsi beş milyon funt-sterlinq  idi.
Hazırda “İnvisibobble” markası təkcə yaylı rezinlər deyil, saç üçün digər aksessuarlar da istehsal edir və sahibinə ildə 16 milyon funt-sterlinqdən  çox gəlir gətirir.
“Forbes” jurnalı Sofi Trelles-Tvedeni “30 yaşına çatmamış ən varlı avropalılar”ın reytinq siyahısına salıb.

 

“Nəfəs alan” ayaqqabıların ixtirası

Məşhur “Mario -Geox shoes” şirtənin yaradıcısı  Mario Moretti Poleqato  “Nəfəs alan” ayaqqabılarını ixtira edərək həyatını tamamilə dəyişdi.Bu ideya onda 1994-cü ildə Nevada dağlarına səyahət zamanı yaranmışdı. Hava dəhşət isti idi və öz ayaqlarına “nəfəs almağa” imkan vermək istəyən Poleqato öz idman çəkmələrinin pəncə hissəsində dəliklər açır. O, bu ideyanı “Nike” konserninə satmaq istəyir, amma şirkət onun bu layihəsi ilə maraqlanmır. Lakin hal-hazırda Marionun öz firması ildə 16 milyon cüt ayaqqabı satır.

Qeyd edək ki, bu ayaqqabıların pəncə hissələrində xüsusi məsamələr qoyulur ki, bu da insanların ayağının nəfəs almasını təmin edir, onlara tər və pis qoxudan  qurtulmağa imkan yaradır. Lakin  ayağın nəm çəkməsinə də icazə vermir (belə ki, xüsusi dəri membranından hazırlanıb). Çox maraqlıdır ki, son dərəcə sadə görünən bu ideya nəhəng pullar qazandırdı. Əlavə edək ki, şirkətin müştəriləri arasında hətta Roma Papası da var.

 

Qabyuyanın ixtirası

Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi.

Daha sonra qablar üçün bölmələr düzəltdi. Onların hər biri xüsusilə qablara, fincanlara uyğun şəkildə hazırlandı. Bölmələr düz səthləri mis qazan içərisində bir təkər içinə yerləşdirildi. Mühərrik isti sabunlu suyu qazanın dibindən yuxarıya fışqırdır, qab-qacaqların üzərinə düşən  təkəri fırladırdı. Xanım bunu çox bəyənən  dostları  üçün də qabyuyan maşın hazırladı. Yaxınları bu ixtiraya “Koçrane qab-qacaq maşını” adını qoydular.
Bu ad qısa müddətdə geniş yayıldı və Koçrane restoranlardan, otellərdən qabyuyan maşın düzəltməsi üçün xeyli təklif aldı. O, hazırladığı maşının patentini aldı və işini daha da böyütdü. 1893-cü ildə Çikaqodakı Dünya Sərgisində ixtirasını göstərdi və “Dayanıqlılıq və uyğunlaşmadan ən yaxşı mexaniki istehsal” mükafatını qazandı. “Vhirlpul” Şirkəti tərəfindən maddi yardım alaraq “Koçrane İstehsal Şirkəti”ni qurdu və beləliklə, milyonçu oldu.

 

Vakuum tozsoranı

İlk vakkum tozsoranı “Britiş Vakkum kompani”şirkətinin əsasını qoymuş ingilis mühəndisi K.Hubert(1875-1955)tərəfindən 1902-ci ildə icad olunmuşdur.Bu tozsoran çox böyük idi və dörd təkər üzərində yerləşdirilib,ata qoşularaq bir  evdən digərinə aparılırdı. Şirkətin işçiləri tozsoranın slanqını pəncərədən sallayaraq xalçaları təmizləyirdilər.Tozsoran o qədər şöhrət qazanmışdı ki,hətta kral VII-ci Eduardin Vest-minster abbatlığında keçirilən tacqoyma mərasimi üçün salınacaq xalçaları onun vasitəsi ilə təmizləmişdilər. Bu ixtirası sıravi ingilis mühəndisinin həyatını tamamilə dəyişdi.
Qeyd edək ki, K.Hubertin başladığı işi 1908-ci ildə ABŞ alimi Myurrey Spenqler yeni,yüngül vakkum tozsoranını patentləşdirdi.Belə tozsoranların istehsalı ilə Uilyam Huverin firması məşğul olmağa başladı.

 

Səhvən ixtira edilən maye yapışqan

Hər kəsin istifadə etdiyi yapışqan mayelərin icadı olduqca maraqlıdır. Amerikalı kimyaçı Harri Kuver “cyanoacrylate” adlı plastik tapanca hazırlamağa çalışıb. Amma o, buna nail ola bilməsə də özü də bilmədən plastik tapanca yerinə səhvən maye yapışqan ixtira edib.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir