kotlet

Kələm kotleti necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 328

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə kələm kotletinin hazırlanma qaydasını təqdim edirik.

Ərzaqlar:

Kələm – 1 kq

Süd – ½ st

Yarma – ½ st

Unlanmış suxari – ½ st

Yumurta – 3 əd.

Bitki yağı – 3 x.q.

 

Hazırlanması:

Kələmi təmizləyin, xırda doğrayıb qazana yığın. Üstünə südü əlavə edin, qazanın ağzını bağlayıb plitəyə qoyun və 30-40 dəq bişirin. Hazır kələmin üstünə yarmanı əlavə edin və dayanmadan qarışdırın ki, düyünlər əmələ gəlməsin. 5-10 dəq bişdikdən sonra odun üstündən götürün, duz və yumurtanın sarısını əlavə edib qarışdırın. Sonra isə soyumağa qoyun. Alınmış kütlədən kotlet hazırlayın. Əvvəlcə yumurtanın ağına, sonra isə suxariyə batırıb qızardın. Süfrəyə südlü və yaxud smetanlı sousla verin.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir