kepek

Kəpəkdən qurtulmaq üçün bu maskaları edin

Baxış sayı: 743

Bəzən bahalı şampunlardan istifadə etmək belə kəpəyin yaranmasının qarşısını almır. Kğək baş dərisində baş verən iltihab nəticəsində yaranır. Bunu isə təbii vasitələrlə müalicə edərək aradan qaldırmaq mümkündür.

Beləliklə,  ev şəraitində hazırlaya biləcəyiniz maskaları tədim edirik.

 

Limon suyu və portağal qabığı

Portağal qabıqlarını qaba yerləşdirib üzərinə limon suyu sıxın. Daha qatı məhlul alınana qədər qarışdırın. Qarışımı baş dərinizə masaj edərək çəkin və 30 dəqiqə gözləyin. Sonda şampun ilə yuyun.

 

Aspirin və şampun

Kəpək əleyhinə şampunlarda da istifadə edilən aspirinin tərkibində salisilik turşu var. Dərmanı əzib toz halına gətirin və şampuna əlavə edib silkələyin. Saçlarınızı bu şampun ilə yuyub bir neçə dəqiqə gözləyin. Sonda təmiz su ilə saçları yuyun.

 

Sirkə və banan

1 banan və 2 stəkan alma sirkəsini qatı məhlul əldə edənə qədər yaxşıca qarışdırın. Sonra maskanı saçlarınıza yumşaq şəkildə masaj edərək çəkin. Saçınızı tamamilə örtdüyünə əmin olun. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

 

Limon və kokos yağı

2 xörək qaşığı kokos yağı və 2 xörək qaşığı limon suyunu yaxşıca qarışdırın. Qarışımı baş dərinizə çəkib masaj edin. 20 dəqiqə gözlədikdən sonra yuyun.

 

Bal və sarımsaq

Bir neçə diş sarımsağ əzib 1 xörək qaşığı balla qarışdırın. Maskanı bir neçə dəqiqə saçda saxladıqdan sonra yuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir