yemeye ne var

Kərəviz qovurması belə hazırlanır - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 430

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə kərəviz qovurmasının hazırlanma qaydasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar:

2 ədəd orta ölçülü kərəviz (yarpaqları ilə birlikdə)

1 ədəd soğan

2 diş sarımsaq

3 xörək qaşığı zeytun yağı

Duz

Qara istiot

Pul bibər

1 ədəd limonun suyu

2 ədəd yumurta (arzuya görə)

Kərəviz qovurması

 

Hazırlanma qaydası:

Kərəvizlər təmizlənib yarpaqları ilə birlikdə nazik-nazik doğranır. Soğan və sarımsaq xırda doğranaraq zeytun yağında yüngül qızılı rəng alana qədər qovrulur. Üzərinə kərəviz əlavə edilir, 10-12 dəqiqə orta odda bişirilir. Duz, istiot və pul bibər vurulur. Arzu edənlər üçün çırpılmış yumurta əlavə edilərək yumurta bişənədək qarışdırılır. Sonda limon suyu gəzdirilir.

İsti və ya ilıq halda süfrəyə verilir. Qatıqla birlikdə çox dadlı olur.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir