Kərəviz həm kökü, həm yaşılı 10 problemin çarəsidir.
Həkim Aleksandra Puriqa kərəvizin təkcə arıqlamaq üçün dəbdə olan tərəvəz olmadığını bildirib.
“Bu bitki mineral, turşu, antioksidantla zəngindir. Kalsium, maqniy, dəmir, sink mənbəyidir. Eləcə də selinen, flavanoidlərlə zəngindir. Hər gün kərəvizdən istifadə ürək-damar xəstəlikləri və diabetin qarşısını ala bilər. Amma onu böyük dozada qəbul etmək allergiyaya səbəb ola bilər.
Təzyiq xəstələri də az yesin, çünki natriy çoxdur.
Kərəviz bağırsaqları təmizləyir, sümükləri bərkidir. Bir qaşıq kərəviz toxumu gündəlik kalsium normasının 15%-dir.
Bu tərəvəz təkcə model və idmançıların yox, hər kəsin menyusunda olmalıdır”.