“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə kabak küftəsinin hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibi:
2 orta kabak (sürtgəcdən keçirilmiş suyu sıxıb çıxartmayacağıq)
1 soğan (rendelenmiş suyu sıxılacaq, suyunu istifadə etməyəcəyik)
3 diş sarımsaq (sürtgülü)
1 yumurta
4 xörək qaşığı un
2 çay qaşığı kəklikotu
2 çay qaşığı bibər
2 çay qaşığı nanə
yarım çay qaşığı sarıkök
Yarım çay qaşığı qara bibər
5-6 şüyüd və cəfəri (incə doğranmış)
Duz
Qızartmaq üçün:
Duru yağı
Haxzırlanması:
Bütün maddələri dərin bir qabda yaxşıca qarışdırın. Tavaya 1-2 xörək qaşığı yağ əlavə edin, qızdırdın, qaşıqla hissə-hissə tavaya qoyun, qaşığın arxası ilə xərci düzəldin. Dibi yaxşı qızardıqdan sonra onu çevirin və digər tərəfi eyniylə çevirin. Eyni prosesi bütün məhlul üçün tətbiq edin. Daha sonra sarımsaqlı qatıqla isti şəkildə süfrəyə verin.
Nuş olsun!
Hazırladı: Məsudə Sultan