Kakao

Kakao yağının bilmədiyiniz 8 möcüzəvi faydası

Baxış sayı: 1. 342

Fil dişi sahillərindən gələn gözəllik – kakao yağının sadəcə bronzlaşdırıcı təsiri olduğunu düşünürsünüzsə, yanılırsınız. “Gencaile.az” kakao yağının bilmədiyiniz 8 möcüzəvi faydasını təqdim edir.

 

Epilyasiya təsirlərini azaldır

Epilyasiya etdirməzdən, yaxud ülgüclə təmizləməzdən əvvəl ayaqlarınıza kakao yağı sürtsəniz, dəriniz daha az qıcıqlanacaq. Yox, əgər kakao yağı sürtməyi unutmusunuzsa, dəriniz epilyasiya sonrası qızarıb, qıcıqlanırsa, bu halda da kakao yağı ilə həmin hissəyə masaj edə bilərsiniz. Dərinizin rahatladığını görəcəksiniz.

 

Antioksidant qaynağı

Kakao yağı stress azaldan təsirə malikdir və güclü antioksidantdır. Bu antioksidantlar  dərinin tez yaşlanmasının qarşısını alır. Sərbəst radikallarla mübarizə apardığı üçün yaşlanma əlamətlərini azaldır və gecikdirir. Kremlərinizə bir çay qaşığı kakao yağı qata bilər, ya da sadəcə sürtə bilərsiniz.

 

Yaralara yaxşı təsir edir

Kakao yağı nəmləndirici özəlliyi ilə yanıq, qıcıqlanma, səpki, kəsiklərə qarşı təsirlidir. Yaranın tez sağalmasını təmin edir və mütəmadi istifadə edildiyində faydasını görə bilərsiniz. Yaralar sağaldığında yaşanan qaşıntının da qarşısını alır və yara bölgəsini yumşaldır. Həm də süd verərkən yara olan döşlərin uclarını da sağaldır.

 

Saçı qidalandırır

Kakao yağı istifadə edərək quru və korlanmış saçlarınızdan qurtula bilərsiniz. Saçlara qulluq edir. Saçlarınızı nəmləndirə və gücləndirə bilərsiniz. Saçların tez uzanmasına da yardımçı olur. Saça qulluq vasitələrinə kakao yağı da əlavə edə bilərsiniz.

 

Dodaq baxımı

Külək və günəşin zərərli təsir etdiyi dodaqlarınızı kakao yağı sürtərək yaxşılaşdıra bilərsiniz. Dodaqların çatlaması, quruması və ləkələnməməsi üçün gündə bir dəfə möhtəşəm qoxuya sahib kakao yağını sürtə bilərsiniz. Dodaqlarınız gün boyunca nəmli qalacaq. Hər gecə yatmadan əvvəl dodaqlarınıza kakao yağı sürtsəniz, daha qüsursuz və dolğun dodaqlara sahib ola bilərsiniz.

 

Həssas dərilərə yaxşı təsir edir

Qabıq tökən və tez qızaran həssas dəriniz varsa, kakao yağı istifadə edin. Çünki kakao yağı dərini nəm və yumşaq saxlayır. E vitamini sayəsində dərini qidalandırır və gərginliyini azaldır.

 

Çatlara faydalıdır

Hamiləlik zamanı dəridə yaranan çatlar kabusunuz olmasın. Dərinin çox dartılmasından meydana gələn bu çatlara qarşı kakao yağını müntəzəm istifadə edə bilərsiniz. Hər duşdan sonra döş, qol, omba və göbək kimi bölgələrinizə masaj edərək, kakao yağı çəksəniz, çat yaranması tamamilə aradan qalxacaq.

 

Bronzlaşdırıcı təsiri

Sağlam şəkildə bronzlaşmaq, dəniz, duz və küləyin mənfi təsirlərindən qorunmaq üçün kakao yağını günəşə çıxmadan əvvəl dərinizə sürtməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir