SEVGI

Kamil kişidə olan 6 xarakter

Baxış sayı: 1. 138

Yetkin kişi xarici görünüşünüzü tənqid etməz

«Saçlarını niyə boyamısan?», «Kaş, bir az arıq olardın». Sizi həqiqətən də sevən bir kişi xarici görünüşünüzlə bağlı əsla müzakirə aparmaz. Bir kişi bu cür cümlələri hətta sizə məsləhət vermək üçün də işlətməz və sizi müzakirə edəcək qədər öz səviyyəsini aşağı salmaz.

Related image

Şəxsi həyatınıza qarışmaz

Münasibətləriniz sağlamdırsa, bir-birinizdən heç bir şey gizlətmək məcburiyyətində deyilsiniz. Telefonunuzdakı şəxslərin və ya mesajların gizli saxlanması lazım deyil. Ancaq bu, tərəf müqabilinizin ciblərinizə, telefonunuza baxmaq, qarışdırmaq, şəxsi mesajlarınızı oxumağa haqqı olduğu mənasını vermir. Bunları edən kişi ya özündən şübhə edir, ya da sizə hörmət etmir.

kisi-qadin

Çətinliklərdən qaçmaz

Yetkinlik dövründə hər kəsin çətinlikləri və problemləri özünün həll etdiyi vaxtlar olur, lakin yetkin kişi hər hansı şəxsi, ailəvi və ya işlə əlaqədar problemlə üzləşdiyini bəyan etməz və özü həll yolu tapar.

Related image

Yalnız həmin günlə yaşamaz

Bəzi kişilər düşünmədən bahalı bir restoranda bütün pulunu xərcləyir. Bu cür kişilər sonrakı günü düşünmür və planlamaq qabiliyyətləri yoxdur. Həyəcanlı yeniyetmələr kimi davranan orta yaşlı kişilərin bu dünyagörüşləri heç bir qadının xoşuna gəlmir. Bu o demək deyil ki, həyatınızı darıxdırıcı etməlisiniz. Yalnız bu gün üçün yaşamadığınızı unutmayın, bu, kifayətdir.

sevgi

Anası ilə sağlam ünsiyyəti var

Yetkin kişinin valideynləri ilə münasibəti çox yaxşı olur və hər zaman onlara vaxt ayırır. Yetkin kişilər ona dəyər verən insanlara çox əhəmiyyət verir.

Image result for ANNELER VE ERKEK EVLATLAR

Sizə hörmət edir və sizi narahat edən davranışlar göstərmir

Həm psixoloji, həm də fiziki olaraq sizə əsla pis davranmaz. Əgər evinizdə şiddətlə qarşılaşırsınızsa, bir an əvvəl ondan ayrılın. Yetkin bir kişi nə qədər əsəbiləşsə də, əsla qadına əl qaldırmaz. Bir kişinin davranışları yalnız onun şəxsiyyətinə deyil, həmçinin qadının davranışlarına da bağlıdır. Sağlam münasibət qarşılıqlı səylər nəticəsində formalaşır.

sevgili

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir