Pandemiya səbəbi ilə uşaqlar daha əvvəlki kimi parklarda oyun oynayıb əylənə bilmirlər. Evdə isə telefon yaxud da kompüter kimi texnoloji vasitələr olmadan keçən zamanı əyləncəli hala gətirmək elədə çətin deyil. Bunun üçün iş valideynlərin üzərinə düşür. Diqqət olunası məqam ondan ibarətdir ki, seçilən oyun maraqlı olması ilə yanaşı həm də faydalı olsun.
Beləliklə, evdə uşağınızla dəyərli və şən vaxt keçirtmək üçün onların yaşına uyğun olan bir neçə oyun növünü sizə təqdim edirik.
3-6 yaş arası uşaqlar üçün tövsiyə edilən oyunlar
Bu yaş qrupu uşaqlar olduqca xəyalpərəst və enerjili olur. 3-6 yaş arası uşaqlar daha çox oyuna meyilli olurlar. Belə olan halda əsasən tövsiyə olunan oyunlar aşağıdakılardı:
Peşə oyunları (həkim, təmirçi, müəllimlik, satıcılıq)
Evcik-evcik oynamaq
Musiqi alətləri ilə oyun
Xəmir, qum və su oyunları
Plastlindən fiqurlar hazırlamaq
Rəsmlərdəki fərqi tapmaq
Sulu boyalarla rəsm çəkmək
Az parçalı “puzzle” oyunu
Top oyunu
İplə tullanmaq
Əl kuklaları ilə oyun
6 yaşdan yuxarı uşaqlar üçün tövsiyə edilən oyunlar
Bu yaş qrupuna aid olan uşaqlar kəşf etməyə olduqca meyilli olur. Buna görə də məsləhət verilən oyunlar daha çox, qurmaq və yaratmaqla bağlıdır:
Əl əməyi dəstləri
Maket hazırlamaq
Labirinti tamamlamaq
Şəkilli tapmacalar
Kəsmək, yapışdırmaq və rəsm çəkmək
Sökülüb yığılan oyuncaqlar ilə oyun
İdman oyunları (gimnastik və digər hərəkətlər)
Zəka və məntiq oyunlarında uşaqların yaş həddi nəzərə alınmalıdır. Belə oyunlar adətən 3 yaşdan yuxarılar üçün nəzərdə tutulur.
Hə bir də, elə oyunlar var ki, onları uşaqlarla birgə oynamaq valideynlər üçün də olduqca maraqlıdır. Söhbət bütün qayğıları unutdurub sizi uşaqlığınıza apara biləcək ənənəvi oyunlardan gedir. Güzlənpaç, qaçdı-tutdu və s.