Kartof qızartması çox asan hazırlanan yemək növüdür. Amma nədənsə hər kəsdə dadlı alınmır, istənilən formada qızarmır. Bəs kartofun dadlı olması üçün nə etmək lazımdır?
Beləliklə, kartof qızartmasını daha dadlı edən bir neçə məsləhəti təqdim edirik
.
Soyuq və sirkəli su
Kartofları suda saxlayanda içərisindəki nişasta yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi suyun içinə atın və bir-iki damcı sirkə əlavə edin.
Soda əlavəsi
Sodanın kartof qızartmasını daha dadlı etdiyini bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra süzüb qızartmağa başlayın.
Dondurma üsulu
Dondurulmuş kartofları qızardanda xırt-xırt etdiyini yəqin ki, hiss etmisiniz. Eyni üsulu evdə də tətbiq etmək olar. Bunun üçün kartofları dilimləyib, soyuducuya qoyub donmasını gözləyin. Ən əhəmiyyətlisi, soyuq halda qızardın.