Səhərlər ac qarnına içilən kartof suyu bel ağrısından qastritə qədər bir çox xəstəliyə şəfadır. Fitoterapiya mütəxəssisləri səhərlər ac qarnına içilən kartofun bəzi xəstəlikləri müalicə etdiyini bildiriblər.
Bel ağrısını aradan qaldırır
Gündəlik həyatı insana zəhər edən və az qala hər kəsin yaşadığı bir problem olan bel ağrısına yaxşı təsir edir.
Qastrit və mədə xorasını sağaldır
Kartof suyunun qastrit, kolik və mədə xoraları, ürək xəstəlikləri nə müsbət təsir göstərdiyi haqda bilgilər çoxdur.
Qəbizlik və şişkinliyi müalicə edir
Kartof suyu bədənin hər bir bölgəsində dövranın yaxşılaşmasına yardımçı olur. Xüsusilə səhər ac qarnına içilən kartof suyu həzm sisteminin işinə, qəbizlik, ishal, şişkinlik, mədə yanması və həzmsizlik kimi problemlərə qarşı müalicəvi təsir göstərir.
Toksinlərlə mübarizə aparır
Səhərlər ac qarnına içilən kartof suyunun orqanizmdən bütün zərərli toksinləri atdığına dair faktlar var.
Qaraciyəri təmizləyir
Kartof suyu qaraciyəri və sidik kisəsini təmizləyərək böyrəklərdə daş yaranmasının qarşısını alır.