sireler

Kartof və yerkökü şirələri hansı xəstəliklərdə faydalıdır?

Baxış sayı: 885

Kartof və yerkökü ən çox istifadə etdiyimiz tərəvəzlərdir. Ayrı-ayrılıqda çoxsaylı faydalarının olduğunu əksəriyyət bilir. Xalq təbabətində də kartof və yerkökünün özünəməxsus yeri var. Bu tərəvəzlərin şirəsi də bir çox xəstəliklərin müalicəsində şəfa mənbəyi hesab olunur. Həkim-fitoterapevt Fizuli Hüseynov isə kartof və yerkökü şirələrinin qarışdırılaraq içilməsinin çöx böyük müalicəvi üstünlüklərinin olduğunu bildirir.Beləliklə, həkim-fitoterapevtin fikirlərini təqdim edirik:

Kök şirəsini rahatca içə bilsək də, kartof şirəsini belə içə bilmirik və beləcə kartof şirəsindən faydalanmırıq. Dəfələrlə mədə-bağırsaq, miomaların müalicəsində kartof şirəsi təyin etsəm də, çox insanlarımız kartof şirəsindən istifadə etmir, amma bu qarışıq rahat içilir. Faydaları bitməz, tükənməzdir.

Qarışıq belə içilməlidir: 200 qramlıq stəkanda yarı kök, yarı kartof şirəsi tökülərək qarışdırılır. Yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Qarışıq gündə 3 dəfə içilməlidir, tərəvəzlər yerli tərəvəzlər olmalıdır. Müalicə müddəti xəstəlikdən asılı olaraq 1-2 aydır.

Faydaları:

1. Bədəni qələviləşdirmək üçün əla bir vasitədir.

2. Podaqra, urat duzları (qanda sidik turşusunu çoxalması) xəstəliyi üçün faydalıdır.

3. Qarışığın tərkibindəki zəngin beta karotin (A vitamini əsası) beyin qidalanması, yaddaşsızlıq, skleroz əleyhinə təsiri vardır.

4. Göz zəifliyi olanlar üçün mükəmməldir.

5. Qarışığın 2 ay içilməsi dərini cavanlaşdırı və parlaq edir.

6. Qəbizlik əleyhinə təsiri vardır.

7. Babasil əleyhinə təsirlidir.

8. Sümük əriməsi (osteoporoz) üçün faydalıdır.

9. Saç tökülməsi əleyhinə mükəmməl təsiri göstərir.

10. Qaraciyərin bütün xəstəliklərində içilməsi çox faydalıdır.

11. Vitaminsizlik və mineralsızlıqdan əziyyət çəkənlər üçün xeyirlidir.

12. Xərçəng xəstəliyində bir antioksidant olaraq mükəmməldir. Xərçəngdən qorunmaq üçündə çox faydalıdır.

13. Qastrit, ezofaqit, (qida borusu iltihabı), kolit (bağısaq yaraları, iltihabı), qıcqırma, gəyirmə, turşuma əleyhinə mükəmməl bir təsiri vardır.

14. Zob düyünlərini əridir.

15. Mastopatiya, miomalar və kistalar əleyhinə əla təsir göstərir.

16. Revmatoidli poliartrit üçün faydalıdır.

17. Qaraciyər piylənməsindən əmələ gələn köpmələr zamanı xeyirlidir.

18. Ağız aclığında (öd qatılığında öd durğunluğunda) faydalıdır.

19. Xolesterin yüksəkliyində içilməsi xeyirlidir.

20. Şirədən hamilə xanımlar, süd verən analar və kiçik yaşlı körpələr içə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir