“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə kartoflu börəyin hazırlanma qaydasını təqdim edəcəyik.
İçindəkilər
Yuxa – 3 ədəd yuxa
Qaynadılmış kartof – 4 ədəd
Su – yarım stəkan
Duru yağ – yarım stəkan
Yumurta – 1 ədəd (sarısı börəyin üzərinə çəkiləcək)
İstiot, duz
Hazırlanması
Qaynadılmış kartoflar püre halına gətirilir. Püreyə sürtgəcdən keçirilmiş pendir, keşniş, yumurta ağı, duz və istiot əlavə edilib qarışdırılır. Bir qabda su və duru yağ qarışdırılır. Birinci yuxanı qoyuruq taxtanın üzərinə su və yağ qarışımını yuxanın hər yerinə yayırıq. İkinci yuxanı ilk yuxanın üzərinə salıb üzərinə su və yağ qarışımından çəkirik. Üçüncü yuxa ilə də eyni proses davam edir. Üst-üstə qoyulmuş yuxalar 8 bərabər üçbucaq hissələrə ayrılır. Üçbucaqların geniş hissəsinə kartoflu içlik qoyulur, siqaret börəyi şəklində bükülür. Hazır olan börəklər yağlanmış formaya yığılır, üzərlərinə yumurta sarısı çəkilir və əvvəlcədən qızdırılmış 190 dərəcəli sobada bişirilir, isti-isti servis edilir.