aile-is

Karyera, yoxsa ailə?

Baxış sayı: 1. 707

Ənənəvi anlayışda qadın- ailə ocağının qoruyucusudur. O evdarlıq edir, uşaqları tərbiyə edir, onun yoldaşı isə ailənin maddi rifahının qayğısına qalır. Lakin bizim dünyamız dəyişir və müasirləşir. Müasir qadınlar tez-tez nikah və ya şəxsi müvəffəqiyyətli karyera seçimi problemi ilə rastlaşırlar. Ailəni kişi dolandırmalıdır kimi fikir artıq heç kəsdə yaranmır. “Mən özüm özümü təmin etmək istəyirəm”, “Mən heç kimdən asılı olmaq istəmirəm” kimi frazalar xanımlar arasında çox aktuallaşıb. Bu məsələni aydınlaşdırmaq üçün biz hər iki variantı nəzərdən keçirməyi təklif edirik.

İşləyən qadın tələb edilən mütəxəssis olduğundan mənəvi zövq almağa başlayır. O maliyyə müstəqilliyinə əsaslanaraq sabahkı günə əminliklə baxır. Zərif cinsin nümayəndələri hələ evlilikdən əvvəl uğurlu karyera irəliləyişinə malik olmağa və ya şəxsi biznes qurmağa çalışırlar. İş onları tamamilə özünə çəkir və ailəyə vaxt çatmır.

 

Karyeranın seçimi vaxtı üstünlüklər və mənfi cəhətləri aşağıdakılardır:

 ailə və karyera

Üstünlüklər

Öz həyatını sevimli işinə həsr etmək imkanına malik olursunuz;

Kolleqalarınızın nüfuzuna və hörmətinə layiq olursunuz;

Maliyyə cəhətdən müstəqillik;

Geniş dünyagörüşü.

 

Mənfi cəhətlər

Boş vaxtın yoxluğu;

Ailədə münaqişələr;

Stresslər və orqanizmin yorulması ;

Köhnə dostların itirilməsi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir