Bu yazıda karyerasında uğur qazanan qadınların ortaq xüsusiyyətləri haqqında maraqlı məqamları oxucularımızla bölüşəcəyik.
Uğurun tərifi hər kəs üçün fərqli ola bilər. Ancaq təkcə “Qadın” olmağın belə öz çətinlikləri var. Bir də “Bacarıqlı və İşgüzar Qadın” ifadəsi var.
Burda söhbət ağıllı, bacarıqlı, özünə yüksək inamı olan, həyatın arxasınca gedən deyil, həyatı arxasınca gəlməyə məcbur edən və iqtisadi cəhətdən azad olan qadın tipindən bəhs edirik. Hələ siyahı bitmir. Yaxşı həyat yoldaşı, yaxşı ana olmağın da öz məsuliyyəti bir tərəfdən.
Beləliklə, karyerasını qurmağa can atan, çabalayan xanımlar üçün ilham qaynağı ola biləcək uğurlu qadınların ortaq xüsusiyyətləri:
Həvəslidirlər
Gördükləri işə ehtirasla bağlıdırlar. Sevdikləri işi görürlər və ona görə də motivasiyaları yüksəkdir. Bu motivasiya işlərinə müsbət enerji kimi əks olunur və pozitiv enerjini ətraflarındakı insanlara da ötürə bilirlər.
Uğura səmimi qəlbdən inanırlar
Motivasiyaları davamlıdır. Məqsədlərinə çatmaq üçün arzu və istəkləri tükənmir. Fikirləri və ya hədəfləri nə qədər qeyri-mümkün görünsə də, nail olacaqlarına inanırlar.
Yeni insanlarla əlaqə qurmağa xüsusi əhəmiyyət verirlər
Yaxşı dostluq münasibətləri qurmaq, istiqanlı olmaq, dağıdıcı deyil, qurucu olmaq artıq həyat tərzləridir. Sosial həyatlarında çox fəaldırlar.
Riskə gedirlər
Plansız və riskli hərəkətləri sevirlər. Məqsədlərinə gedən yolda hər cür riski gözə almaqdan çəkinmirlər. Risklərin yaratdığı məsuliyyətdən qaçmırlar. Risklərin uğurun açarı olduğunu yaxşı bilirlər.
Uğursuzluğa düça olsalar da həvəsdən düşmürlər
Uğursuzluq onların motivasiyasına təsir edə bilməz. Bir işdə uğura çatmaq üçün təkrar-təkrar əmək sərf etməkdən qaçmazlar. Onlar üçün uğursuzluğa düçar olmaq həyatın sonu deyil. Dəfələrlə, usanmadan məqsədlərinə çatmaq üçün yeni hədəflər qoyarlar. Məğlub omaq yeni həyatın başlanğıcıdır.