varli adamlar

Kasıbın varlanması üçün ƏN SADƏ YOL: onlar bu üsulla ZƏNGİN OLDULAR – FOTOLAR

Baxış sayı: 1. 617

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir.

“Gencaile.az” həmin araşdırmanın nəticələrinə əsasən zəngin olmağın sirlərini təqdim edir:

Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir.

Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.

Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar.

Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

Varlılar başqalarının uğur qazanmasına kömək edərkən özlərinin daha böyük uğur qazanacaqlarına inanırlar. Əsasən də, özləri kimi bacarıqlı insanlara dəstək verirlər.

Kim nə deyirsə desin, heç vaxt hədəflərindən vaz keçmirlər və nəticə əldə etmək üçün çox çalışırlar. Güclü istəyin olması onların üçün əyləncə mənbəyidir. İstəkləri uğrunda səhv etməkdən belə çəkinmirlər.

Daim oxuyurlar. Zənginlər kitab və ya qəzet oxumağı sevirlər. Gündə ən azı yarım saat bu məşğuliyyətlərinə sərf edir və daha çox bilgi əldə etməyə çalışırlar. Əsasən də, işlərində uğur qazanmış insanların bioqrafiyalarını, şəxsi inkişaf və tarix kitabları sevirlər.

Varlıların 76 faizi gündə ən azı yarım saat və bəzən daha çox idman edir. Qaçır, gəzir, velosiped sürür və digər idman növləri ilə məşğul olurlar. “Sağlam beyin sağlam bədəndə olur” devizi zənginlər üçün ən vacib sözə çevrilib.

Zənginlərin əksəriyyəti müsbət xarakterə sahib olurlar. Çünki uzun müddətli uğurun təməlində gələcəyə müsbət duyğularla yanaşmaq durur. Zənginlər də adətən, şən və duyğularına nəzarət edə bilən insanlar olurlar.

Varlı insanların özləri kimi dostları da bacarıqlı olur. Çünki onlar hədəflərinə çatan insanlarla dostluq etməyə üstünlük verirlər. Ancaq neqativ insanlardan uzaq durur, özlərinə oxşayan insanlarla sosiallaşmağı sevirlər.

İmkanlılar üçün xarici görünüş və digər insanlar üzərində yaradılan təsir önəmlidir. Sosial həyatdakı vacib qaydaları bilirlər, hər zaman şux görünürlər.

Pullu şəxslərin fərqli sahələrə investisiyaları və bir neçə gəlir mənbələri var. Onların 65 faizi milyon dollar qazanmamışdan əvvəl bir neçə sahədə işə başlayıb.

Zənginlərin 50 faizi səhər tez yuxudan oyanır. Hətta işə başlamamışdan 3 saat əvvəl oyanmış olurlar. Nəticədə gərgin iş günündə daha aktiv olurlar.

Nə istədiklərini deməkdən və kömək istəməkdən çəkinmirlər. Rədd edilməkdən qorxmurlar. İstədiklərinin arxasınca gedirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir