valentin gunu

Keşiş Valentinin “Sevgililər günü” – Bizlərə nə aidiyyatı var?

Baxış sayı: 1. 072

14 fevral tarixi xristian ölkələrində Müqəddəs Valentin günü – “Sevgililər günü” kimi qeyd olunur. Xristianlara məxsus bu bayram son illər milli-mənəvi dəyərlərdən uzaq olan bir qrup qüvvə tərəfindən Azərbaycan cəmiyyətinə də təlqin olunur.

Bizə yad olanı bizə sırımağa çalışanlar sırasında təəssüf ki, telekanallarımız da fəallıq göstərir. Elə bunun nəticəsidir Azərbaycan gəncləri arasında Valentin gününü qeyd edənlərin sayı artıb.

Bizimlə heç bir bağlılığı olmayan bir tarixin gənclərimiz tərəfindən qeyd edilməsi təəssüf doğurmaya bilməz. Dindirsən, heç Valentinin kim olduğunu da bilmirlər.

 

Bəs kim olub bu Valentin?

Keşiş Valentin III əsrdə Roma imperiyasının Tern şəhərində yaşayan bir xristian din xadimi olub. Onun haqqında bu günümüzə qədər gəlib çatan tarixçədə deyilir: O zaman Romanı özünün sərt qaydaları ilə idarə edən imperator II Yuli Klavdi öz imperiyasına muharibə təhlükəsinin yarandığını nəzərə alıb hərbiyə çağırılan oğlanların evlənməsinə qadağa qoyur. Onun fikrincə, subay oğlanlar hərbiyə evlilərdən daha çox yarayırdı. Tern şəhərinin baş keşişi Valentin isə hökmdarın bu əmrinə qarşı çıxaraq, gənclərin evlənməsini təbliğ etməklə, şəhərbəşəhər gəzərək gizli dini kəbinlər kəsməklə məşğul olur. Nəticədə keşiş bu hərəkətilə həm gənclərin ordudan yayınmasına (başqa sözlə fərariliyə) rəvac verir, həm də valideynlərin xəbəri olmadan gənc oğan və qızların yaxınlıq etmələrinə şərait yaradır. Yəni onun gizli yolla kəbinlərini kəsdiyi gənclər hərbiyə getməkdən yayınaraq, sevgililərilə qalmağa çalışırlar.

Bunu eşidən imperator II Klavdi 269-cu ildə Valentini həbs etdirir və edam olunması haqqında fərman verir. Rəvayətə görə, Valentin həbsdə olan zaman da öz əməlindən əl çəkmir. O, fərariliyə görə həbsxanaya salınmış gənclərin onların azadlıqda olan sevgililəri ilə kəbinlərini kəsir.

Başqa bir rəvayətə gorə, isə dustaqxana nəzarətcisi Valentinin həkimlik qabiliyyətini bilib, ondan kor qızının sağaltmasını xahiş edib. Qızı sağaldan keşiş ona aşiq olur. Lakin kilsə qanunlarına görə, evlənməyə ixtiyarı olmayan Valentin, edamdan əvvəl nəzarətçinin qızına çox təsirli vida məktubu yazıb. Məktub Valentinin edamından sonra oxunub. Bu hadisədən xeyli sonra 496-cı ildə Roma papası Helasius Valentinin şərəfinə onun edam gününü – 14 fevralı “Sevgililər günü” elan edib.(modern.az)

Valentin günü XIII əsrdən başlayaraq Avropada, 1777-ci ildən sonra Amerikada, XX əsrin 90-cı illərinin əvvəllərindən isə MDB olkələrində qeyd olunur. Ermənilərin də qeyd etdiyi bu bayram əslində heç xristian dünyasında o qədər ciddi tarix kimi kütləvi şəkildə qəbul edilmir.

Göründüyü kimi, milli-mənəvi dəyərlərimizə tamamilə zidd olan Valentin günü – “Sevgililər günü”nün müsəlman aləmi ilə heç bir bağlılığı yoxdur. Onun təbliğatını aparanları qərb adət-ənənələrini bizə sırımağa çalışan missionerlər saymaq olar. Təəssüf ki, bir çox Azərbaycan gənci bu üzdəniraq tarixi elə şövq və həvəslə qeyd edir ki…

Əgər sən sevdiyin qıza və ya oğlana həqiqətən ürəkdən bağlısansa, bunu məhz bizə yad olan bir tarixdə-14 fevralda hansısa hədiyyə və ya gül dəstəsilə ifadə etməyə nə gərək var… Sən o hədiyyəni hər gün alıb bağışlaya bilərsən…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir