AYAQQABI

Keyfiyyətli ayaqqabını necə seçməli?

Baxış sayı: 1. 809

İdeal xarici görünüş üçün ayaqqabı seçiminə xüsusi diqqət etməliyik. Çoxlarımız bu vacib məqama o qədər də diqqət yetirmir, nəticədə isə düzgün kombin etdiyimiz geyimi yalnış ayaqqabı seçimi ilə korlayırırq. Buna görə də, sizə düzgün ayaqqabı seçimi etmək üçün bəzi məsləhətlər vermək istəyirik.

 

İti burunlu ayaqqabılara yox deyin
Ayaqqabı seçərkən diqqət etməli olduğumuz bəzi incə məqamlar var. Bunlardan birincisi ayaqqabının ön hissəsidir. Xəbəriniz olsun ki, bəzilərinin hələ də dəbli hesab etdiyi ön hissəsi uzun və iti olan ayaqqabılar artıq keçmişdə qalıb. Belə ayaqqabılardan istifadə etmək qətiyyən məsləhət görülmür. Əgər klassik geyimə üstünlük verirsinizsə, yaxşı olar ki, onunla ön hissəsi dördkünc formada olan ayaqqabıları uyğunlaşdırasınız.

 

Daban hissə
Ayaqqabının dabanı nə qədər incədirsə, bu onun bir o qədər ucuz olduğunu göstərir. Buna görə də ayaqqabı seçərkən onun daban hissəsinin daha qalın və möhkəm olmasına diqqət edin.

 

Dəri seçimi

Ayaqqabı deyəndə ilk ağıla gələnlərdən biri də dəridir. Dəri ayaqqabılar bir çox kişinin zövqünə uyğundur. Amma belə ayaqqabı seçmək də xüsusi məharət tələb edir. Çoxumuz əsil dəri ilə saxta materialı fərqləndirməkdə çətinlik çəkirik. Çətindir, amma mümkünsüz deyil. İstər klassik, istərsə də sport ayaqqabı seçərkən onun dərisinin orjinallığına diqqət yetirin. Həqiqi dəri ayaqqabı görünüşünüzə əlavə incəlik qatacaq.

 

Ayaqqabınızı hərtərəfli nümayiş etdirin

Bir çox kişilər topuğa qədər olan şalvar geyinməkdən çəkinirlər. Bunun onlara necə yaraşdığını bilmədikləri üçün seçimlərində yanılmaqdan qorxurlar. Amma burada qorxmağa, çəkinməyə heç bir əsas yoxdur, bəylər. Bu cür şalvarların bir özəlliyi də ondan ibarətdir ki, bu yolla siz zövqlə seçdiyiniz ayaqqabını, onun bütün incəliklərini hər xırda detalına kimi nümayiş etdirə biləcəksiniz.

 

Ayaqqabınızın ölçüsünə güvənməyin

Axrıncı dəfə geyindiyiniz ayaqqabının ölçüsünə güvənməyin. Bir ayaqqabı istehsalçısının müəyyənləşdirdiyi ölçü digər istehsalçının bu barədəki fikri ilə uyğun olmaya bilər və ya ayağınız keçən dəfəkinə nisbətən böyüyə bilər. Buna görə ayaqqabı seçərkən mütləq onu geyinib yoxlayın.

 

Ayaqqabıya qulluq

Bir ayaqqabını uzun müddət geyinmək istəyirsinizsə, onu mütəmadi olaraq təmizləməyi unutmayın. Siz diqqət etməsəniz də, tez-tez təmizlənmədiyi zaman onda olan bakteriyalar daha dərinlərə yayılır və zamanla ayaqqabını sıradan çıxarır. Buna görə də ayaqqabınızın dərisinə, rənginə uyğun kremlərdən, qulluq vasitələrindən istifadə edin.

 

Corab rəngi

Bəzən görünüşündə (geyim, ayaqqabı uyğunluğunda) heç bir qüsur olmadığını düşündüyümüz insanı diqqətlə nəzərdən keçirəndə elə bir səhv görürük ki… Yalnış corab seçimi. Əziz kişilər, geyiminizdə bu cür səhvlərə yol verib, görünüşünüz haqqında mənfi təəsurat yaratmaq istəmirsinizsə, bilin ki, kostyumla rəngarəng corab geyinmək ən böyük səhvlərdəndir. Əgər kostyum geyinəcəksinizsə, yaxşı olar ki, tünd rəngli corablara üstünlük verəsiniz. Əgər geyiminizdə də həmin rənglərdən varsa, bu zaman müxtəlif rəngli corablardan istifadə edin və geyindiyiniz corabın boğaz hissəsinin daha uzun olmasına çalışın.

 

Unutmayın ki, geyimimizin hər incə detalı bizim haqqımızda ətrafdakılarda müəyyən fikir formalaşdırır. Dəblə geyinmək yalnız moda jurnallarından bu ilin rəngini öyrənib ona uyğun geyim kombin etmək demək deyil. Eyni zamanda bütün xırdalıqlara diqqətlə yanaşmaq deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir