eynek

Keyfiyyətsiz eynəklər gözümüzü necə məhv edir?

Baxış sayı: 1. 489

Ha­va­la­rın isin­mə­si ilə gün ey­nək­lə­ri­nə tə­lə­bat da ar­tır. Ar­tıq hər ad­dım­ba­şı gün ey­nək­lə­ri­nin açıq şə­kil­də və ya ma­ğa­za­lar­da sa­tı­şı­na rast gə­lir­sən. Da­ya­na­caq­da, met­ro­da, kü­çə­də, op­tik və ya ak­se­su­ar ma­ğa­za­la­rın­da fərq­li di­zay­na, qiy­mə­tə və key­fiy­yə­tə ma­lik gün ey­nək­lə­ri tək­lif olu­nur. Am­ma ək­sə­riy­yə­ti­miz bu ey­nək­lə­rin key­fiy­yə­ti ba­rə­də mə­lu­mat­lı de­yi­lik.

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin səd­ri Ey­yub Hü­sey­nov əha­li­ni öl­kə­də sa­tı­lan gün ey­nək­lə­ri­ni ta­xıb göz­lə­ri­ni kor et­mə­mə­yə ça­ğı­rır: “Ey­nək ye­mə­li de­yil ki, is­teh­lak­çı da­dı­nı hiss et­sin. Ta­xır gö­zü­nə, gö­zü­nü kor edir. Heç gö­zü­nün nə­dən xa­rab ol­du­ğun­dan xə­bə­ri be­lə ol­mur. Ba­zar­da ək­sər ey­nək­lər key­fiy­yət­siz ol­sa da, əha­li bu­nu ayı­ra bil­mə­di­yin­dən bi­zə şi­ka­yət də et­mir”.

AİB səd­ri əmək­da­şı­mız­la söh­bə­tin­də vur­ğu­la­yıb ki, brend, key­fiy­yət­li ey­nək­lə­rin öz­lə­ri­nin test­lə­ri var: “Mi­sal üçün, po­la­ro­id ey­nə­yi sa­tan adam gə­rək onun tes­ti­ni də alı­cı­ya təq­dim et­sin. Onu alan adam ey­nə­yi gö­zü­nə ta­xa­raq xü­su­si tes­tə bax­dıq­da ey­nə­yin pa­la­ro­id olub-ol­ma­ma­sı­nı mü­əy­yən edir”.

Onun de­di­yi­nə gö­rə, Azər­bay­can­da ey­nək tax­maq mə­də­niy­yə­ti əca­ib for­ma­da­dır: “Qı­şın gü­nü qa­dın­lar, xü­su­sən sü­kan ar­xa­sı­na otu­ran ki­mi göz­lə­ri­nə gün ey­nək­lə­ri ta­xır­lar. Qa­ran­lıq ha­va­lar­da da, yer­li-yer­siz göz­lə­ri­nə ey­nək ta­xır­lar. Bu­nu edər­kən sağ­lam­lıq­la­rı­na vur­du­ğu zər­bə­dən bi­xə­bər­dir­lər”.

Hü­sey­nov bil­di­rib ki, ba­zar sax­ta, key­fiy­yət­siz ey­nək­lər­lə do­lu­dur: “Gün ey­nək­lə­ri­nin sa­tı­şı­na nə­za­rət ol­ma­lı­dır. Ey­nək al­dıq­da alı­cı­lar sa­tı­cı­dan ey­nə­yin ser­ti­fi­ka­tı­nı tə­ləb et­sin­lər. Har­da is­teh­sal olun­ma­sı, qiy­mə­ti­lə bağ­lı sə­nəd­lə­rə bax­sın­lar” de­yən həm­söh­bə­ti­miz əla­və edib ki, ori­ji­nal ey­nək­lə­rin qiy­mə­ti 200 ma­nat­dan baş­la­yır: “Ba­xır han­sı öl­kə­nin is­teh­sa­lı­dır. İta­li­ya­da, Por­tu­qa­li­ya­da da ucuz ey­nək­lə­rin sa­tıl­dı­ğı­nı gör­mü­şəm. Bu­nu in­san­lar ayırd edə bil­mə­di­yi üçün hər cür qiy­mət­də sax­ta ey­nək tap­maq olar. Am­ma Por­tu­qa­li­ya, Cə­nu­bi Af­ri­ka, Avs­tra­li­ya, İta­li­ya ki­mi in­ki­şaf et­miş öl­kə­lər­də gün ey­nək­lə­ri yal­nız çi­mər­lik­lər­də sa­tı­lır. Am­ma Azər­bay­can­da gün ey­nək­lə­ri­nin şə­hə­rin ha­ra­sın­da gəl­di, ne­cə gəl­di, hər qiy­mə­tə sa­tıl­dı­ğı­nı gör­mək olur. Key­fiy­yət­siz gün ey­nək­lə­ri bi­zi qo­ru­mur, gö­zü­mü­zü, si­fə­ti­mi­zi kor­la­yır. Əha­li bil­mə­li­dir ki, hə­kim­lər tə­rə­fin­dən göz­də mü­əy­yən müa­yi­nə apa­rıl­dıq­dan son­ra gün ey­nək­lə­ri tə­yin edil­mə­li­dir. Alı­cı öz hü­quq­la­rı­nı bil­mə­li­dir”.

Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­ca­na Çin, Du­bay, Hin­dis­tan, Tür­ki­yə və İran­dan gə­ti­ri­lən gün ey­nək­lə­ri­nin 80 fai­zi stan­dart­la­ra ca­vab ver­mə­yən plas­tik ey­nək­lər­dir, gö­zə zi­yan­dır: “Ori­ji­nal ey­nək­lə­rin qiy­mə­ti ba­ha ol­du­ğun­dan ala bil­mə­yən­lə­rə gün ey­nə­yi heç tax­ma­ma­ğı məs­lə­hət gö­rü­rəm. Qa­ra ey­nək tax­maq ağıl­sız­lıq­dır. Mən özüm heç vaxt ey­nək tax­mı­ram. 100 fa­iz gör­mə qa­bi­liy­yə­tim var”.

Qeyd edək ki, par­laq gü­nəş şüa­la­rı­nın al­tın­da key­fiy­yət­siz gün ey­nək­lə­ri gör­mə qa­bi­liy­yə­ti­nə mən­fi tə­sir gös­tə­rir, gör­mə or­qan­la­rı­nın zə­də­lən­mə­si­nə də gə­ti­rib çı­xa­rır. Əsa­sən də yaş­lı in­san­lar üçün be­lə ey­nək­lə­ri tax­maq ol­maz. Yaş­lı in­san­lar­da gö­zü mü­da­fiə edən me­la­ni­nin piq­ment­lə­ri azal­dı­ğı üçün key­fiy­yət­siz ey­nək tax­maq ol­duq­ca təh­lü­kə­li­dir.

Gün ey­nək­lə­ri­nin sa­tı­şı ilə məş­ğul olan Gü­nay Rza­ye­va­nın bil­dir­di­yi­nə gö­rə, yay­da, xü­su­si­lə də də­niz­kə­na­rın­da ey­nək­siz ke­çin­mək müm­kün de­yil: “Ha­va­lar is­ti­lə­şən ki­mi ey­nək sa­tı­şı baş­la­yır. Ha­mı da bi­lir ki, gün ey­nək­lə­ri­nin key­fiy­yə­ti qiy­mə­tin­dən ası­lı­dır. Bu gün 2-3 ma­nat­dan ba­şa­la­yan göz­lü­yü plas­mast olan ey­nək­lər də var, 100 ma­nat­dan baş­la­yan ey­nək­lər də. Ək­sər alı­cı­lar ci­bi­nə mü­va­fiq ola­raq üz qu­ru­lu­şu­na ya­ra­şan və son dəb mo­del­də olan ey­nək al­ma­ğa üs­tün­lük ve­rir­lər. Ey­nə­yin ser­ti­fi­ka­tı­nı tə­ləb edən­lər­sə ol­mur”.

G.Rza­ye­va qeyd edib ki, gün ey­nə­yi­nin key­fiy­yə­ti­nə əmin ol­maq üçün brend gün ey­nək­lə­ri al­maq la­zım­dır: “Brend adı­nı qo­ru­maq üçün sağ­lam­lıq üçün təh­lü­kə­li olan ma­lı is­teh­sal et­mir, sa­tı­şa bu­rax­mır. Key­fiy­yət­li gün ey­nək­lə­ri gö­zəl və dəb­li gö­rü­nü­şü ilə ya­na­şı, göz­lə­ri­mi­zi qo­ru­yur, gör­dü­yü­müz təs­vir­lər də­qiq olur. Də­niz­kə­na­rın­da is­ti­ra­hət üçün po­la­ro­id­li ey­nək­lər da­ha uy­ğun­dur. Bu cür ey­nək­lər gü­nəş şüa­la­rın­dan qo­ru­maq­la ya­na­şı su­dan dü­şən işıl­tı­la­rın ey­nə­yin şü­şə­sin­də əks olun­ma­sı­nın qar­şı­sı­nı ala­caq. Qış tu­riz­mi üçün şü­şə­si ay­na ef­fek­ti ve­rən boz və ya qəh­və­yi gün ey­nək­lə­ri məs­lə­hət­dir. İşıq­lan­dı­rıl­ma­dan ası­lı ola­raq şü­şə­si­nin rən­gi də­yi­şən “bu­qə­mul” ef­fekt­li ey­nək­lər də göz­lə­rin ra­hat­lı­ğı üçün ef­fekt­li­dir” de­yən sa­tı­cı əla­və edib ki, key­fiy­yət­li ey­nək­lər­də be­lə düz gü­nə­şə bax­maq məs­lə­hət de­yil.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir