Kartof bir neçə növü olan tərəvəzdir. Kartofun ləzzəti də yetişdiyi torpağın növündən, iqlim və qulluq şərtlərindən asılı olaraq dəyişir.
Tərkibindəki nişasta miqdarından asılı olaraq bəzi kartoflar yeməklər üçün, bəziləri də məhz qızartmalar üçün münasibdir.
Nişasta miqdarı aşağı olan kartoflar asan dağılmadığı üçün onlara salatlarda və sobada bişirilən yeməklərdə üstünlük verilir. Orta nişastalı kartoflar bütün reseptlərdə istifadə oluna bilər. Yüksək miqdarda nişastalı olanlar isə toxumalarının quru olması səbəbilə sobada bişilərkən istifadə olunur.
Kartof necə hazırlanır?
Təbii yolla yetişdirilən kartofları bişirərkən qabıqlarını soymayın. Çünki bu tərəvəzlərin vitamin və mineralları qabığındadır. Çiy kartofu soyduqda qaralmasının səbəbi tərkibində olan karbohidratın oksigenlə qarşılıqlı təsiridir. Əgər kartofun qaralmasını istəmirsinizsə, soyuq su içərisində saxlamağınız yetərli olacaqdır.
Bəzi kartoflar qaynadıqdan sonra boz rəng alır. Bu rəng dəyişiminin qarşısını almaq üçün qaynayan suyun içinə bir qaşıq limon suyu əlavə edə bilərsiniz.
Kartof qızartması
Xırtıldayan kartof qızartması hazırlamaq üçün dilimlədiyiniz kartofları 1 saat müddətində soyuq su içərisində və dondurucuda saxlayın. Bundan sonra qurulayaraq bişirin.