Müasir televizorlar kifayət qədər çox yer tutur – kiçik məkanda ona necə yer tapaq? Sizə dizaynerlərin reallaşdırdıqları proyektlərdən ideyalar kömək edəcək.
1. RAHAT YER SEÇIN
Bu studiya mənzili dizayn edərkən, dizaynerlə televizoru divanın qarşısındakı divara asıblar. Ancaq onu, yan tərəfdə yerləşən yataq sahəsində də görmək mümkündür. Bar taburetlərində də televizora baxa bilərsiz.
2. ÇIXINTIDA YERLƏŞDİRMƏK
Növbəti 27 metrlik studiyada işləyən dizaynerlər maksimum funksionallığa əsaslandılar — interyeri yalnız saxlama sistemlərinə deyil, eləcə də də texniki avadanlıqlara inteqrasiya ediblər. Nazik ekranlı televizor seçilib: o day yerdə mükəmməl yerləşib.
3. RƏFIN DAXILINDƏ YERLƏŞDIRIN
Bu variantda dizaynerlər televizoru rəflərin arasına yerləşdirib. Uzanan zaman TV izləmək üçün onu hərəkət edən kronşteynə bağlayıblar.
4. HƏRƏKƏTLI ARAKƏSMƏYƏ ASMAQ
Bu layihədə dizaynerlər yaşayış sahəsi və mətbəxi arakəsmə vasitəsi ilə ayırıblar, beləliklə, məişət texnikasını və çanağı gizlədiblər. Televizor ekranı daxili məkandan əlavə “əyləncəli manevr” kimi xidmət edir.
5. TELEVIZORU YATAQ OTAĞINDA YERLƏŞDIRMƏK
Hətda ən kiçik məzillərdə belə dizaynerlər qonaq otağına ziyan vurmaq bahasına belə çarpayı üçün ən rahat yeri seçirlər. Dizayner məhz bu variantı seçib: bu mənzildə böyük televizor sayəsində yataq otağı rahat şəkildə ayrılıb.
6. VƏ YA MƏTBƏXƏ-QONAQ OTAĞINA
Bu bir otaqlı mənzilin layihəsində dizayner TV sahəsini divanın qarşısındakı mətbəx – qonaq otağında quraşdırıb. Böyük ekranı işıqlı divardan fərqlənməmək üçün orijinal dizaynı olan bir model seçdik: televizor paspartu rəsmə bənzəyir.
7. İKİ TELEVİZOR QURAŞDIRMAQ
Bu vəziyyətdə dizaynerlər kompramis axtarmadı: həm qonaq həm də yataq otağında televizor quraşdırdılar. Yandırmaq daha asan olsun deyə texnikanı tumba üzərindəki şüşə arakəsmənin və rəfin iki tərəfində yerləşdirdilər.
Dizayn həlli və mebel seçimi o qədər asan iş olmasa da, uşaqlarınız və sizin üçün çox əyləncəli anlar yaşadacaq.