hamasm

Kiçik vanna otaqlarını genişləndirməyin 3 yolu – “EVİN İŞİ”

Baxış sayı: 538

Otaqların geniş olmasını istəyənlər çox vaxt vanna otaqlarına fikir vermir. Amma rahat olması lazım olan əsas sahələrdən biri də elə vanna otağıdır. Çünki bura nə qədər funksional, praktik və geniş olsa, siz də o qədər rahat olacaqsınız. Dizaynerlər vanna otaqlarının gözəl görünməsinin 3 sirrini açıqlayıblar. Beləliklə, “Gencaile.az” saytının “EVİN İŞİ” rubrikasında məhz həmin 3 sirr haqda danışacağıq.

 

Düzgün güzgü modeli

Güzgü seçimi otağı vizual olaraq geniş göstərmək üçün vacib əşyalardan biridir. Kiçik bir vanna otağı üçün güzgü seçərkən, rəfləri olan və ya şkaf şəklində olan modellərə baxmalısınız. Təbii ki, bunlarla yanaşı, güzgünün keyfiyyəti də vacib faktorlardandır. Daha sonra güzgünü qoyacağınız yeri müəyyən edin.

 

Səliqəli müasir duş

Duş sistemləri hamam otağının havasını dəyişən estetik quruluşa malik funksional avadanlıqdır. Kiçik vanna otağına duş seçərkən ən əsas onun səliqəli və funksional olmasına fikir verilməlidir. Ümumiyyətlə, duş sistemini seçərkən diqqətli olmaq lazımdır.

 

Detallar əlavə edin

Sadəcə vanna otağınız kiçik olduğu üçün çox sevdiyiniz detallardan vaz keçməyin. Bacarıqlı bir dizaynerlə danışaraq kiçik və teksturalı əşyalarla vanna otağınızda möhtəşəm görüntü yarada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir