Bişmiş qarğıdalı yayın ən ləzzətli təamıdır. Lakin qarğadalının çoxsaylı faydalarına baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı bu tərəvəzin istehlakı arzuolunmaz sayılır.
— Qarğıdalının çoxlu miqdarda istehlakı qanın qatılaşmasına gətirib çıxardır. Bu səbəbdən qan laxtalanması sistemində problemləri olan, tromblaşmaya meylli, tromboflebitdən (damarların iltihabı) əziyət çəkən insanlar qarğıdalının istehlakını minimuma çatdırmalıdır.
— Köpə, meteorizmə, həzmsizliyə meylli olan insanlar da qarğıdalının istehlakını məhdudlaşdırmalıdır.
— Nadir hallarda olsa da qarğıdalı allergiyaya səbəb ola bilər.
— Qarğıdalı kifayət qədər kalorili məhsuldur və bu səbəbdən artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar qarğıdalı yeməməlidir.
— Mədə və 12 barmaq bağırsağı xora xəstəliyi zamanı (kəskinləşmə dövründə) qarğıdalı yemək olmaz.
Bundan əlavə südverən analar da qarğıdalının istehlakından imtina etməlidir. Bu körpələrdə köp və qarın ağrılarına səbəb ola bilər.