Ulviyye Efendiyeva

Kimlik analizi nədir? - MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 216

Kimlik analizi – şəxsin daxili kimliyini, özünü necə gördüyünü, nə ilə özünü tanımladığını və həyatının müxtəlif sahələrində bu kimliyin nec formalaşdığını təhlil etmək üçün hazırlanmış introspektiv bir analiz alətidir. Bu raport, özünü dərk etmə, şəxsiyyət inkişafı və daxili liderliyin gücləndirilməsi üçün əsaslı suallarla insanın iç dünyasını dərin şəkildə araşdırmağa yardım edir.

 

Kim istifadə edə bilər?

Özünü daha dərindən tanımaq istəyən hər kəs Kouçlar və terapevtlər (öz müştəriləri ilə işləyərkən)

Şəxsi inkişafla maraqlanan fərdlər

Liderlik bacarıqlarını artırmaq istəyənlər

Yeni bir mərhələyə keçmək, köhnə kimliklərlə vidalaşıb, yeni kimlik formalaşdırmaq istəyənlər

 

Raportun strukturuna daxil olan bütün bölmələr:

1) Özünü tanımlama ifadələri

İnsanlar özlərini tez-tez “Mən…

” cümləsi ilə başlayan ifadələrlə tanımlayırlar. Bu

bölmədə istifadəçinin hazırkı kimlik tanımlarını öyrənirik.

Mən kiməm?

Mən nəyə görə varam?

Ən çox fəxr etdiyim kimlik cəhətim hansıdır?

Mənə “sən belə birisən” deyiləndə ağlıma ilk kimlik hissim olaraq nə gəlir?

 

2) Kimliyi şəkilləndirən amillər

Kimlik, zamanla müxtəlif faktorlar tərəfindən formalaşır. Bu bölmədə o faktorları müəyyən edirik:

Uşaqlıqdan bu günə mənim kimliyimi hansı insanlar formalaşdırıb?

Hansı hadisələr və təcrübələr mənə “kim olduğumu” hiss etdirib?

Ailəmin və cəmiyyətin mənim kimliyim üzərində necə təsiri olub?

Sosial “maskalarım “hansılardır və bunlar gerçək kimliyimi ört-basdır edirmi?

 

Ziddiyyətlər

3) Kimlikdə uyğunluq və bəzən özümüz haqqında düşündüklərimiz, yaşadığımız həyatla uyğun gəlmir.

Özümü necə görürəm və necə görünürəm?

Hansı vəziyyətlərdə özüm olmuram?

Kimliyimdə təzad hiss etdiyim, iki hiss arasında q aldığım hallar nələrdir?

Sosial mediada paylaşdığım “mən” ilə gerçək “mən” arasında fərq varmı?

Başqaları məni necə görür?

 

4) Kimliyin inkişafı və dəyişməsi

İnsan zamanla dəyişir və kimlik də bu dəyişikliklərlə birlikdə təkamül edir.

Son 5 ildə kimliyimdə hansı dəyişikliklər baş verib?

Keçmişdə sahib olduğum, amma artıq həyatımda olmayan bir kimlik rolu hansıdır?

Hazırda inkişaf etdirmək istədiyim kimlik yönüm nədir?

Həyatımda ilk dəfə olaraq kim olduğumu dərin şəkildə dərk etdiyiman nə vaxt olub?

 

5) Daxili lider və şəxsi kompas

Hər bir insanın daxilində onu yönləndirən “lider kimlik”

mövcuddur. Bu bölmədə onu üzə çıxarırıq:

Mənim daxili liderim kimdir? O necə danışır, necə hiss etdirir?

Mənim qərar verən kimliyim hansı dəyərlərə əsaslanır?

Mənim həyatımda “özümə sadiq” qalmaq nə deməkdir?

İndiyə qədər daxili liderimin səsini susdurduğum bir an olubmu?

 

6) Yeni kimlik dizaynı

İnsan istədiyi zaman kimliyini dəyişə və inkişaf etdirə bilər. Bu bölmə ilə yeni kimlik modeli yaradılır:

Artıq mənə xidmət etməyən kimlik inancım nədir və onu buraxmaq üçün nə etməliyəm?

Yaxın gələcəkdə necə biri olmaq istəyirəm?

Yeni kimliyimi yaratmaq üçün hansı davranışları tətbiq etməliyəm?

Yeni “mən”imin gündəlik həyatda görünməsi üçün hansı dəyişiklikləri etməyə hazıram?

 

Ülviyyə Əfəndiyeva

Ailə və uşaq psixoloqu

Ailə problemlərinin həlli üzrə ekspert

Beynəlxalq təlimçi

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir