Kinematoqrafiya bəlkə də dünyanın ən maraqlı və eyni zamanda ən sirli sahəsidir. Bu yazıda kino aləminin ən yaddaqalan hadisələri haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Ən çox qonorar alan aktyor
Məşhur Hollivud ulduzu olan Kianu Rivz yüksək qonorar alan aktyorların sırasındadır. Rivz 1999-cu ildə amerikalı Vaçovski qardaşları tərəfindən çəkilən “Matritsa” filmində baş rolda oynamışdır. Filmin əsas süjet xətti insanların şüurunu özlərinə tabe edən robotlara qarşı mübarizə təşkil edir. Hər kəs tərəfindən sevilən film 63 milyonluq büdcəsindən 7 qat artıq gəlir toplayır və böyük uğura imza atdığına görə filmin daha iki hissəsi çəkilir. 2003-cü ildə qısa fasilələrlə bir-birinin ardınca ekranlara çıxan “Matritsa: Yenidən Yüklənmə” və “Matritsa: İnqilab”ında Neo obrazını yenidən canlandırmaq üçün Keanu Rivzə 30 milyon dollar qonorar təklif edlir . Lakin filmin nümayişindən gələn faizlər yüksək olduğuna görə,aktyorun ümumi qonorarı 166 milyon dollar təşkil edir.
Ən çox kino istehsal edən ölkə
Maraqlı faktlardan biri də odur ki, il ərzində istehsal olunan filmlərin sayına görə, rekordları qıran ölkə Hindistandır. Hindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ arxada qoyaraq ilk pillədə yer alır. 90-cı illərdə hind kinematoqrafçıları tərəfindən ildə 900-dən çox film çəkilib. Son illər ərzində bu göstəricilər bir qədər düşsə də( il ərzində 700 filmə yaxın), Hindistan kinematoqrafiyası yenə də liderliyini qoruyub saxlamaqdadır. Qeyd etmək lazımdır ki, burada yaşayan kasıb əhalinin əksəriyyəti televizor ala bilmədiyinə görə, filmləri kinoteatrlarda ucuz qiymətə ala bildikləri biletlərin sayəsində izləyə bilirlər.
Dünyada ən çox vəsait toplayan film
Dünyada ən çox vəsait toplayan filmlərdən biri “Titanik”dir. Bir faciə əsasında çəkilən bu ekran əsəri təxminən 2.400.000 milyon dollar vəsait toplamışdır. Heç bir film bu rekordu yeniləyə bilmədi. “Titanik” filminin rejissoru James Kameron tərəfindən çəkilən “Avatar” filmi də insanlar tərəfindən böyük izdihamla qarşılandı.
Ən çox reklam olunan film
Kinematoqrafiya tarixində ən çox reklam olunan film Stiven Spilberqin “Yura dövrünün parkı”dır. “Universal” kino şirkəti filmin reklamı üçün 68 milyon dollar vəsait sərf edib. Bu da filmin büdcəsindən 8 milyon dollar artıq idi.
Ən çox şərh olunan uydurma personajı
Kinematoqrafiya tarixində ən çox şərh olunan uydurma personaj – Qraf Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur. Onun haqqında 66 film çəkilib. Tarzan obrazı isə 3-cü pillədədir. Bu personaj haqqında 60 film lentə alınıb.
Dünyanın ən çox qonorar alan personaji
Skrudj Mkdak və ya Skrudj əmi məşhur “Ördək nağılları” cizgi filminin əsas personajlarından biridir. Skrudj Amerika animasiyası və komiksində sahibkarların əsl üzlərini göstərən uydurma bir personajdır. Xəsisliyin bir simvoluna çevrilən bu personaj qəribə və bəzən məzəli hərəkətlərinə görə uşaqlar tərəfindən çox sevilmişdi. Bu personajı yaradan insanlar etdikləri işə görə 65.4 milyard dollar almışdılar.
Kinematoqrafın ən yaşlı aktrisası kimdir?
Janna Luiza Kalman filmlərdə çəkilən ən yaşlı aktrisa hesab olunur.”Vinsent və mən” adlı Kanada filmində çəkiləndə aktrisanın 114 yaşı var idi . Bu roldan sonra aktrisa daha 8 il yaşayır.
Ən çox “Oskar” mükafatına layiq görülən filmlər
Kinematoqrafiya tarixində ən çox “Oskar” mükafatına layiq görülən filmlər “Titanik” və “Üzüklər hökmdarı: Kralın dönüşü”dür. Bu filmlərin hər birisi 11 “Oskar” mükafatı almışdı. Lakin Amerika cizgi filminin banisi olan Uolt Disney hamını geridə qoyaraq, ən çox, yəni 26 dəfə “Oskar” mükafatına layiq görülmüş şəxs kimi kino tarixinə düşüb.
Kinematoqrafın ən cəld aktyoru
Bütün dünyada tanınan aktyor və idmançı Brüs Li o qədər cəld olub ki, rejissorlar tamaşaçıların onun zərbələrini görə bilmələri üçün texniki vasitələrlə kadrları asta sürətlə vermək məcburiyyətində qalıblar.
1300 cəhddən sonra çəkilən film
Məşhur Çin aktyoru olan Ceki Çanın baş rolda oynadığı “Gənc usta”filmində onun yelpənəklə çəkilən döyüş səhnələri insanlar tərəfindən xüsusi maraqla qarşılanıb. Deyilənlərə görə, həmin səhnə 1300 cəhddən sonra çəkilmişdir.
Tamaşaçını ən çox həyəcanlandıran ekran əsəri
Kino mütəxəssislərinin fikrincə, “dünyada ən həyəcanlandırıcı film” Alfred Hiçkokun “Psixoz” filmidir. Onun ardınca Stiven Spilberqin “Çənələr” və Conatan Demminin “Quzuların susması” filmi gəlir. Qeyd edək ki, sonuncu 5 dəfə “Oskar”a layiq görülən yeganə trillerdir.
Samirə Tağıyeva