menzil

Kirayə ənənəsi dəyişir: sakitlik dövrü belə, qiymətləri endirməyəcək

Baxış sayı: 730

Yay kirayə evlərin paytaxt seqmentində sakitlik vaxtıdır. Yayda Bakıda mənzil kirayə edən tələbələr kirayəyə verilən mənzil fondunun əhəmiyyətli bir hissəsini boş qoyaraq evlərinə qayıdırlar.

Sirr deyil ki, yaşayış yerlərinin icarəyə verilməsində əsas lokomotivi paytaxtımızda tələbələrdir. Hər il bölgələrdən Bakıya 20-25 minə qədər tələbə gəlir və onlar qiymət portfelini təşkil edir. Ən azı bunu mütəxəssislər bizə deyirlər.

Bununla belə, qızmar mövsümün başlaması ilə qiymətlərin enməsi gözlənilmir. Bakıda kirayə metrlərin qiymətləri demək olar ki, aşağı düşmür, ya da azalırsa, bu azalma əhəmiyyətli dərəcədə olmur.

Bunun səbəbi büdcəli mənzil fondunun həddindən artıq azlığıdır. Son illərin tikinti bumuna baxmayaraq, paytaxtda kifayət qədər ekonom mənzillər yoxdur. Söhbət orta təbəqədən olan vətəndaşlar üçün əlçatan mənzillərdən gedir və bu faktor qiymət portfelinin artmasına və sonradan ümumi kirayə qiymətlərinin artmasına səbəb olur.

Hətta orta əmək haqqı ilə bağlı rəsmi məlumatlara əsaslanaraq – bizdə sadəcə başqaları yoxdur – mənzil kirayəsi qiymətləri dözülməz dərcədə yuxarı görünür. Sahə üzrə analitiklərin sözlərinə görə, şəhərimizdə cəmi yüzə yaxın köhnə yaşayış binası qalıb və onlar da sökülməyə hazırdır.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak üzrə mütəxəssis Elnur Azadovun dediyinə görə, büdcəli mənzillərin kirayəsi imkanları ildən-ilə azalır: “Axı köhnə beşmərtəbəli binada 300 manata kirayəlik otaq tapmaq olarsa, onun yerində yeni tikiləndə qiymətlər dəfələrlə, demək olar ki, iki dəfə artır. Məsələn, yeni tikilidə 1 otaqlı mənzilin qiyməti 500 manatdan başlayır, 2 otaqlının isə aylıq kirayə haqqı 700 manata qədərdir. Aylıq kirayəsi 700-800 manatdan yuxarı olan mənzillər başı üstündə tavana ehtiyacı olan insanlar üçün praktiki olaraq əlçatmazdır. Nəticədə belə metrlər əksər hallarda boş qalır”.

“Amma kirayəyə ehtiyacı olan vətəndaşlar ucuz tutula bilən yaşayış metrlərinin axtarışındadır. Artıq qeyd edildiyi kimi, köhnə çoxmənzilli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi bir çox kirayəçini tamamilə seçimsiz qoyub”, – deyə həmsöhbətimiz bildirir.

Qiymətlərdən danışarkən başa düşmək lazımdır ki, əslində kirayə mənzillərin qiyməti bazarın daşınmaz əmlak indeksləri ilə idarə olunur. Analitiklərin fikrincə, bir qayda olaraq, icarə haqqı daşınmaz əmlakın qiymətinin 0,5%-i daxilində dəyişir. Bir otaqlı mənzil təxminən 60 min manata başa gəlirsə, belə mənzilin kirayəsi 300 manata qədər olacaq. Müvafiq olaraq, ümumi dəyəri yüz min manat olan mənzillərin kirayə haqqı 500 manat və daha yüksəkdir.

Təbii ki, Bakının kənarında və şəhərin mərkəzində kirayə qiymətləri vahid deyil. Periferiya büdcə kirayələri ilə zəngindir, lakin bu cür mənzillərin rahatlıq səviyyəsi bəzən çox arzuolunmazdır. Ucuz kirayə evlər seqmentində risk səviyyəsi də kifayət qədər yüksəkdir və kirayəçilər, bir qayda olaraq, qənaətdən əziyyət çəkirlər.

Paytaxtın mənzil fondunun kirayə bazarındakı sakitliyə qayıdaraq, isti mövsümdə Bakının ən populyar şəhərətrafı ərazilərində – Bilgə, Novxanı, Şüvəlanda qiymət artımı başlayır. Türkan, Hövsan, Pirşağı kəndlərində qiymətlər daha münasib olsa da, yenə də “dişləyir”. Son illərdə burada yay kottecləri xüsusilə populyardır və buna görə də bahalaşır.

Ekspertlərin fikrincə, yazın əvvəlindən – mart ayından başlayaraq istirahət zonalarında kirayə mənzil bazarı canlanır. Söhbət bahalı fərdi evlərdən gedir. Ucuz ekonom-klass daşınmaz əmlak seqmenti də orta qiymət seqmentində olan mənzillərin icarə müqaviləsinə xitam verən və daha ucuz variant tapan insanların hesabına sürətlənir.

Gündəlik və saatlıq kirayə obyektləri də sərbəst hərəkət məhdudiyyətləri səbəbindən müştərilərinin əksəriyyətini itirdi. Axı belə mənzillər, ilk növbədə, qısa müddətə gələn turistlər və paytaxt qonaqları arasında populyar idi. Bu ilin yayında əsasən paytaxtın mərkəzində kirayə evlərin bu hissəsində tələbatın müəyyən qədər artacağı gözlənilir.

 

Tanya Samsonova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir