Bu il kişi dəbində əsas yerlərdən birini xəttli köynəklər tutacaq. Pencəyin altında şıq görünən, çino şalvarlarla idman stilini yansıdan və şortla tətildə imiş kimi bir görüntü yaradan bu tişörtlər demək olar ki, bütün kişilərin seçimi olacaq.
Ancaq moda mütəxəssisləri bildirir ki, göy pencək, ağ şalvarla breton xəttli tişörtləri bir arada geyinməyin. Seçimlərin arasında nazik jaketlər də ola bilər. Lakin siz içərisindən yalnız birini seçərək, xəttli tişörtlə kombin etməlisiniz.
Matros stili zövqünüzə uyğundursa, gəmiçiliklə bağlı filmləri izləyib, ilhamlana bilərsiniz.