Müasir kişilərdə sağlamlıqla bağlı müxtəlif problemlər yaranır. Mütəxəssislər bunun səbəbini oturaq həyat tərzində, stresdə, ekoloji pozuntularda və təbii ki, düzgün qidalanmamada görürlər. Ona görə deyirlər ki, təbiət qanunları əsasında formalaşdırlmış rasyon kişi sağlamlığının xilaskarıdır.
Potensiya hardandır?
Kişi potensiyası sağlamlıqla birbaşa bağlı formuldur. Sağlam yaşamaq üçün qidalanmaya fikir vermək lazımdır. Bu o deməkdir ki, yaxşı qidalanma həm də kişi gücünün ilhamvericisidir. Demək təbii məhsullara, alkohol, tütün, konservat, kofe, yağ, bu kimi ərzaqlardan uzaq durmaq lazımdır.Əvəzində isə kişi potensiyası üçün bir nömrəli “viaqra” rolunu oynayan ,göy soğan, sarımsağa qoz, fındıq və.s. üstünlük vermək lazımdır. Quru meyvələrdə zülallar, karbohidrogen, xeyirli yağlar, kalium, dəmir və kişi üçün lazım olan digər mikroelement və vitaminlər yığılır. Toyuğun döş əti, balıq, ilıq yumurta da zəruri ərzaqlar sırasında öz mövqeyini saxlayır.
Pivə: xeyirlidir, ya ziyanlı?
Pivə kişilərin ən sevimli içkisidir. Hazırda köpüklü içkiyə qarşı maraq o qədər artıb ki, artıq həkimlər millətin sağlamlığı üçün həyacan təbili çalırlar. Çünki, pivəsevərlər hədlərini aşırlar. Düzdür, bir şüşə pivə 50 qram arağı əvəz edir. Amma yenə də. Pivə ona görə təhlükəlidir ki, hədsiz sakitləşdirmək gücünə malikdir. Pivəyə aludəçilik insanda sakitləşmənin başqa yolunu tapmağa imkan vermir. İkincisi pivə sidikqovucudur. Bu isə bədəndən mütəmadi olaraq kalium, maqnium və C vitaminin xaric olması deməkdir. Bu isə ürək ritmində diskomfort, əsəb xəstəlikləri, əzələlərdə boşluq, dərinin təravətinin itməsi deməkdir. Beyin isə qanda alkoholun artıqlığından özünə lazım olan vacib elementləri ala bilmir. Pivənin ən qorxulu cəhəti: bu köpüklü içkinin tərkibində olan qatışıqlar qadın hormon-estrogenləri ilə eynidir. Bəlkə də elə buna görədir ki, pivə aludəçilərinin bədən quruluşu qadınlardakı kimi armuda bənzəryir?
Kişi reseptləri
Prostatitə qarşı: 400 qram bağ çiçəyi (klubnika) şirəsini, yarım armudun şirəsi, 1 soyulmuş banan, 1 xörək qaşığı pivə mayasını mikserdə eyni rəng alana qədər qarışdırın. Gün ərzində 3 dəfə bir stəkan qəbul edin. Prostatın soyuqlaması zamanı: təzə xiyar, çuğundur, kökü qarışdırıb şirəsini için. Spermanın tərkibini yaxşılaşdırmaq üçün: 10 qram fındıq ləpəsinin üzərinə 10 ml qaynamış soyuq su əlavə edin. 2 saat gözlədikdən sonra onun üzərinə 1-2 çay qaşığı bal əlavə edin. Alınmış məhlulu gün ərzində yemək məsləhətdir. Varikoz və ya babasildən yaranan cinsi zəifkənlik zamanı:yeməyə qədər 20-30 qr. Şabalıd nyemək məsləhətdir. Müntəzəm alkohol qəbulundan yaranan cinsi zəifliyə qarşı: gündə 2-3 dəfə çaytikanı (oblepixa) giləmeyvələrinin şirəsini içmək məsləhətdir. Bu şirənin su ilə qarışığı 1:2 nisbətində olmalıdır. Kurs 3-4 həftə davam etməlidir. Funksional cinsi zəiflikdən əziyyət çəkənlər üçün: 0,5 kq. dəymiş buğda dənini eyni miqdar balla qatışdırıb gündə 3 dəfə 2 xörək qaşığı dadmaq lazımdır.