qadin

Kişi qarderobundan oğurlanan geyimlər

Baxış sayı: 1. 300

Dövrümüzün qadınları hər zaman bir yenilik və fərqlilik axtarışındadır. Vaxt sürətlə öz işini görür və dəb isə zamanla ayaqlaşaraq dəyişməyə, keçmişdən ilham alaraq yeni stillər yaratmağa davam edir.

Biz artıq neçə ildir ki, bir çox qadının “budur axtardığım stil” dediyi “Tomboy” dövrünü yaşayırıq. Artıq qısa kəsilmiş, ya da səhər yuxudan yenicə oyanmış təəssüratı bağışlayan dağınıq saçlar qadınlara daha iddalı bir görünüş bəxş edir.

 

image (9)
image (7)

image
Balaqları qatlanmış şalvarlar, geniş pencək və köynəklər sanki qardaşımız və ya sevgilimizdən xəbərsiz  qarderoblarından oğurlanmış təəssüratı bağışlayır. Əlbəttə işin əsli belə deyil. Qadın zəngin qarderob çeşidinin hesabına kişi geyiminə ehtiyacı olmadığı bir dövrdə yaşayırıq.

“Tom Boy” yəni kişi geyim üslubuna yaxın olan tərz müasir və dəbli görünüşdən əlavə, sanki qadınlara özlərini daha inamlı və azad hiss etdirir. İlk dəfə “Jean Paul Gaultier”-in Paris Moda həftəsində təqdim etdiyi model Andre Pejikdən sonra bu tərz sürətlə həyatımıza daxil oldu və daha sonralar Chanel, Balmain, Michael Kors, Lanvin kimi dəb ustalarının da kolleksiyalarını bəzədi.

 

image (8)
image (5)image (4)image (3)image (1)image (2)
t

t2

t3

t4

t5

t6e

t7

t8




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir