saat

Kişi qol saatını necə seçməli?

Baxış sayı: 2. 421

Qol saatı artıq uzun müddətdirki vaxtı təyin etmək üçün deyil, uğurlu kişinin zövqünün, gəlirinin və sosial statusunun göstəricisi olaraq çıxış edir…Qol saatı pula qənaət ediləsi bir aksessuar deyil!

Vaxtı bilmək üçün telefondan da istifadə etmək olar, lakın əgər siz özünüzə qol saatı almaq istəyirsinizsə, o zaman çın istehsalı olan və ya məşhur markaların saxtalaşdırılmış saatlarını qətiyyən almayın. Özünüzü biabır etməyin və pulunuza qənaət etməyin, əgər kiçik məbləğə saat almağa hazırlaşırsınızsa, onda heç almasanız yaxşıdır.

Beləliklə, ən mühüm sual! Necə bir saat seçmək lazımdır? İlk növbədə yadda saxlamaq lazımdır ki, yaxşı brend saatlar heç vaxt ucuz ola bilməz və əgər siz haradasa məşhur markanın saatını real qiymətindən çox aşağı qiymətə olduğunu görsəniz bir az sayıq olmalısınız, çünki çox güman ki, bu saxtadır. Heç vaxt saatı bazarlarda və ya yeraltı keçidlərdə almayın, bunu yalnız ixtisaslaşdırılmış dükanlardan edin.

Kişi saatlarının firmaları

 Fossil, Piere Cardin, Swiss Military Hanowa

 

 

 

 

 

 

Seçim edərkən ilk növbədə öz stilinizi və həyat tərzinizi nəzərə alın. Əlbətdə ki, bir neçə saatınız olsa daha yaxşı olardı. Bu halda gündəlik istifadə və ya hər hansi bir mühüm tədbir üçün uyğun birini seçmək imkanı olardı. Lakin hər adam bunu özünə rəva bilmir, ona görə də Supermen az. saytı sizə həm gündəlik, həm də iş geyimi ilə uyğünlaşa bilən idman-klassik tipli kişi qol saatını kompromisli variant olaraq məsləhət görür. Siz Fossil, Piere Cardin, Swiss Military  firmalarının saatlarından seçim edə bilərsiniz.

Bütün dünyada İsveçrə istehsalı olan saatlar ən yaxşı saatlar hesab edilir. Ona görə də, əgər siz necə imkanlı və uğurlu bir insan olduğunuzu göstərmək və seçilmək istəyirsinizsə, Swiss Military  firmasının saatlarından seçim edə bilərsizniz.

Hansı mexanizm növünü seçməli?

Gəlin mexanizm növünü müəyyənləşdirək. Bildiyiniz kimi, bir neçə əsas saat növü var – mexaniki, kvars və elektron.

 

Mexaniki saatların enerji mənbəyi bərk işə salınmış yaydır, mexanıkı saatların problemi yayın qeyri-bərabər sürətlə açılmasından ibarətdir, bu səbəbdən də mexaniki saatlar vaxtı dəqiq göstərməyə bilər. Bu səhvi aradan qaldırmaq üçün istehsalçılar avtomatik işə salınma qurğusundan istifadə edirlər, bu o deməkdir ki, yay öz-özünə dartılır, Məsələn, bu yerimə zamanı qolun hərəkətindən baş verə bilər. Lakin belə qurğu sahibini əl ilə işə salınmadan nadir hallarda azad edir, ona görə ki oturaq vəziyyətdə işləyən və saatdan nadir hallarda istifadə edən insanlar üçün bu mexanizm effektiv deyil. Mexanika tipli saat hava şəraitinə və toza qarşı həssas olur, lakın ehtiyatlı istifadə və lazimi profilaktika olunduqda, o sizə uzun müddət xidmət edə biləcəkdir.

Kvars saatlarında mexanizmi işə salmaq üçün adi və ya günəş batareyasından (daşından) istifadə edilir, mexanizmin tərpənmə (rəqs) sistemini isə kvarsın kristalı əvəz edir. Mexniki saatlardan fərqli olaraq kvars saatları daha böyük dəqiqliyə malikdirlər və onların işləməsində sahibin iştirakına ehtiyac yoxdur.  Belə saatlar kifayət qədər  etibarlı, uzunömürlü və güclü tələbata malik olurlar.

Elektron saatlar. Kvars saatlarından fərqli olaraq bu saatlar rəqəmli displey indikatoruna malikdirlər. Həmçinin hibrid variantlar da mövcuddur, onlarda rəqəmli displeylə yanaşı vaxtın indikasiyası üçün saat əqrəblərindən də istifadə olunur. Belə saatlar diqqətə layiqdirlər və onların da öz həvəskarları var.

Saatların korpusu

 

Saat alarkən həmçinin korpusun hansı materialdan hazırlandığına da diqqət yetirin. Titan ərintilərindən olan korpus həmişə yüksək qiymətləndirilir. Qızılı saatları almağı məsləhət görmürük, çünki hətta ən keyfiyyətli qizılı örtük  bir neçə ildən sonra soyulmağa başlayacaqdır, ona görə də daha yaxşı olar ki, korpusunun heç bir tozlanması olmayan bir saat seçəsiniz. Saatın şüşəsinə diqqət yetirin, sapfirli şüşə ən davamlı şüşə sayılır, onu cızmaq demək olar ki, mümkün deyil. Saatlarda həmçinin o qədər də davamlı və keyfiyyətli sayılmayan xrustal və mineral şüşələrdən də istifadə olunur.

Qayış

Və sonda bir neçə söz qayış haqqında. Bütün dəri qayış sevənlər yadda saxlamalıdırlar ki, hətta qayış çox keyfiyyətli olsa belə bir ilə o köhnələcək və öz görünüşünü itirəcəkdir. Ona görə də mütəmadi olaraq onu dəyişdirmək istəmirsinizsə, daha yaxşı olar ki, tökmə halqalardan olan dəmir qolbaq seçəsiniz, belə qolbaq daha praktik və uzun ömürlü olsa belə, eyni zamanda dəri ilə müqayisədə bir az rahat deyil.

Saat alış-verişinə həmişə çox ciddi yanaşmaq lazımdır, bu elə bir əşyadır ki, sahibi haqqında çox şey deyə bilər. Ona görə də tələsik qərar verməkdən çəkinin və sərfəli təkliflərə aldanmayın!  Ümid edirik ki, bu məqalə ilə biz sizə qol saatı seçimində düzgün qərar verməyinizə az da olsa köməklik göstərə bildik!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir