Beyinlərin quruluşunda fərq varmı?
Qadın beyninin yarımkürələri bir-biri ilə daha çox əlaqəlidir, kişilər danışıqda çox zaman sözlərə, cümlələrə qulaq assalar da, qadınlar danışığın qeyri-verbal tərəflərini (diksiya, ton, ucalıq, intonasiya, jest, mimika və sair) daha yaxşı duyurlar. Eyni bir hadisəni kişi də, qadın da danışsa, görəcəksiniz ki, bunu qadınlar daha detallı, daha emosional şəkildə rəvayət edir. Həmçinin qadınlar diqqətin bir neçə yerə ayrılması məsələsində də kişiləri üstələyirlər.
Astona Universitetinin koqnitiv neyrovizuallaşdırma üzrə professoru Cina Rippon hesab edir ki, kişi və qadınların davranışa təsir göstərən beyin strukturlarının fərqi minimaldır. Bunun əksini düşünənlər isə elmi faktlar “qoxusu” gələn köhnəlmiş stereotiplərin məngənəsindədirlər. C.Rippon demişdir: ”Bəşəriyyətin bütün tarixi boyu bioloji izahlardan cinslərarası sosial fərqləri sübuta yetirmək üçün istifadə olunmuşdur. Kraliça Viktoriya dövründə alimlər belə güman edirdilər ki, qadınlar düşünərkən beyinin kişilərin düşüncələrinin qaynaqlandığı hissəsini işlətmirlər. 1950-ci illərdə isə tədqiqatçılar belə qənaətə gəlmişdilər ki, qadının düşüncələrini hormonlar idarə edir. Hazırda isə kişi və qadınların beyin strukturlarının fərqli olması barədə fərziyyə dəbdədir”.
C.Ripponun fərziyyəsini onun həmkarları da bölüşürlər. Avstraliya alimi Kordeliya Faynın fikrincə, beyinin strukturunda heç bir fərq yoxdur. Fərq yalnız təlim-tərbiyədədir.
Qadın beyninin ölçüsü kişi beyni ilə müqayisədə 13 faiz kiçik olsa da, onda qan dövranı 1,3 dəfə daha güclüdür. Pensilvaniya Universitetindən olan alimlər yaşı 18 – 80 arasında 200 insan beynində araşdırma aparmaqla belə qənaətə gəliblər ki, bu səbəbdən kişi beyni qadın beyni ilə müqayisədə 1,5 – 2 dəfə tez qocalır. Bu zaman daha çox dəyişiklik beyinin danışığı idarə edən sol hissəsində baş verir.
“Komsomolskaya pravda” mütəxəssislərə istinadən xəbər verir ki, kişi beyni qadın beyni ilə müqayisədə daha az etibar ediləcək mexanizmdir. Qadın beyninin bütün hissələrindən eyni anda keçən qanın miqdarı kişi beyni ilə müqayisədə 15 faiz çoxdur. Alimlər kişilərdə insult xəstəliyinə daha tez-tez rast gəlinməsinin də bununla əlaqədar ola biləcəyini bildirir.
Ər arvad birgə nə yazıb?
İo Durden və Dmana de Simonen adlı ər-arvad «Cinsiyyət və beyin» adlı maraqlı bir kitabın müəllifidirlər. Mövzuyla əlaqədar həmin kitabdan bəzi qeydləri nəzərinizə çatdırırıq. Üç il ərzində Amerika və Avropanı gəzib adamların beyni və əxlaqının tədqiqi ilə məşğul olan tanınmış alimlərlə görüşüb danışmışlar. Nəticə etibarilə bu müsahibələrə belə yekun vurulmuşdur: kişi və qadın beyinləri doğulan gündən bir-birindən fərqlənir.
Oğlanlara və qızlara hətta eyni cür oyuncaq verib, eyni cür geyindirsəniz belə, onlar elə olduğu kimi də qalacaqlar. Tədqiqatçıların gəldikləri nəticə belədir.
Beynin hipotalamus adlanan kiçicik bir hissəsi belə inkişafın əsasıdır. Kişi və qadınlarda bu hissə öz quruluşu və funksiyasına görə tamamilə fərqlidir.
Qadın beyni öz həcminə görə kişi beyni ilə müqayisəyə gəlməsə də, sən demə, o, daha «yaxşı qurulmuşdur», daha səmərəli işləyir və nəticədə kişi beynini xeyli geridə qoyur.
Belə qeyri-bərabərliyə dair bir neçə misal:
— öz intuisiyalarını qadınlar bioloji yolla, yəni beyinlə birlikdə irsən qəbul edirlər;
— qadınlar baxışları daha yaxşı «oxuyur» və həmsöhbətinin əl-qol hərəkəti və mimikasını (hətta qeyri-sərbəst) daha mükəmməl başa düşürlər;
— qadınlar daha həssasdırlar; onlar bir anda ətrafdakı adamların əhval-ruhiyyəsində dəyişikliyi sezir, hər bir yanlış məlumatı dərhal hiss edirlər;
— qadınlar dilçilikdə bir qayda olaraq kişilərə nisbətən daha bacarıqlıdırlar. Onların nitqi öz mürəkkəbliyi və bütövlüyü ilə fərqlənir. Onlar qrammatikada və xarici dilləri öyrənməkdə, elə mütaliədə də daha qüvvətlidirlər;
— qadınlar həm də iy, səs və toxunmaya daha həssasdırlar. Onlar kişilərə nisbətən bu qıcıqlandırıcıların yaranması, yaxud dəyişməsinə tez reaksiya verirlər;
— qadınlar kişilərə nisbətən xəstəliklərin bəzi yoluxucu formalarına daha uğurlu müqavimət göstərə bilirlər.
Qadınlarda bu qəribə keyfiyyətlər heç də əbəs yerə yaranmamışdır. Buna səbəb beynin sol yarımkürəsinin daha çox inkişaf etmiş olmasıdır. O, dilə, qavramaya və görmə obrazlarının təhlilinə «rəhbərlik» edir.
Bütün bu sahələrdə qadının kişidən «ağıllı» olmasına səbəb nədir? Alimlər belə bir fikrə meyil göstərirlər ki, buna səbəb beyin gövdəsidir — o, qadınlarda kişilərdən fərqli olaraq daha qalındır.
Onlara hansı məşğuliyyətlər maraqlıdır?
İsveç alimləri Frankin Xauslan və Edvardın keçirdikləri tədqiqat nəticəsində məlum olmuşdur ki, kişilərə öz məşğuliyyət və işlərini seçmək hüququ verilsə, əksəriyyət ekstremal, stress hormonları oyadan və adrenalin qaldıran işləri seçər. Novatorluq kişilərə xas olan bir haldır. Praktiki olaraq bütün işlərin başlanğıcını kişilər qurublar. Bu gün sırf qadınlara aid edilən işlərin hər birinin yaradıcıları kişilərdir. Buna misal olaraq, vizajı göstərmək olar ki, bu gün tərkib etibarilə 90%-i qadınlardan ibarət olan bu işin əsasını XIII əsrdə italyan kişiləri qoymuşlar. Kişilər həmişə öz üzərlərinə çətin və orijinallıqdan kənar olan işləri götürməyi sevirlər. Lakin bu işlər son nöqtəsinə çatmır. Bu, onların bu işin öhdəsindən gələ bilməmələri ilə bağlı deyil, sadəcə, kişilər belə haldan tez bezir və bu işləri qadınlar tamamlayır. Həmçinin onlar biliyi kişilərdən tez qavramağa malik olsalar da, nə iləsə sintez edib inkişaf etdirə bilmirlər. Qadın beyni hansısa bir problemə, arzuolunmaz vəziyyətə düşməmək üçün özünü qorumağa işləyir. Kişilərdə bu vəziyyətə düşməkdən qorxmadığı üçün bu cür problemlərdən yeni çıxış yolu tapmağı bacarır.
Hansı daha yaxşı eşidir?
Kişiyə nəyin deyildiyi, qadına isə necə deyildiyi böyük əhəmiyyət kəsb edir.
Qadınlar düşünür ki, kişilər çox şeyi eşitmirlər. İndiana Ştatının universitetində təsdiq edirlər ki, kişilər yarı qulaqla eşidirlər. Kişilərin audio məlumatları almağı üçün beyinlərinin bir hissəsi işlədiyi halda, qadınlarda hər iki tərəf işləyir. Bu, kişilərin kar olmağına dəlalət etmir. Sadəcə olaraq, beyinlərinin bir hissəsini işlədərək lazım və vacib olan məlumatlardan başqa məlumat yığmamaq üçün beyinlərinin bir hissəsi kifayət edir.
2009-cu ildə aparılan tədqiqat nəticəsində məlum olmuşdur ki, qadınlar emosional xəbərlərə, videoçəkilişlərə, şəkillərə kişilərdən on dəfə çox reaksiya verirlər.
Nəyə görə qadınlar düyməni soldan sağa doğru, kişilər isə əksinə olaraq bağlayır?
Bunun əsas səbəbi qadınlarda sol, kişilərdə isə sağ beyinin daha güclü inkişaf etməsidir.
Sol beyin emosional beyin hesab olunur ki, bu da insanlara formulları, məntiqi bilikləri bilməyə, çözməyə kömək edir. Nobel mükafatçısı Roger Sperry sübut etmişdir ki, qadın beyni kişi beynindən həcmcə kiçik və çəkisi yüz qram azdır. Ancaq insanların beynində Broke ərazisi adlanan nöqtə var ki, bu da qadınlarda kişilərə nisbətən çox inkişaf edib. Broke hissəsi kişilərdə bir hissədə olduğu halda, qadınlarda hər iki hissədə var. Qadınların çox danışmaqlarının əsas səbəbi də budur.
Bəs nəyə görə qadın beyninin çəkisi azdır? Bu, qadınların qürurlanmalı olduqları bir keyfiyyətdir və ya çatışmazlıq? Bax, burası dəqiq bilinmir.
Kişi ilə qadının 37 fərqi
1. İlk fərq elə beşikdən başlanır. Klinik məlumatlara müvafiq olaraq, bu zaman oğlanlar yerlərində fırlanır, qızlar isə ətrafdakılara diqqətlə nəzər salırlar.
2. Kişi beyni qadın beynindən 200 qram ağırdır.
3. Qızlar daha tez dil açır.
4. İybilmə qabiliyyəti qadınlarda 20 faiz yaxşı olsa da, ətir yaradıcılarının 80 faizi kişilərdir.
5. Psixi tənəzüllər qadınlarda iki dəfə tez baş verir.
6. Qadınlarda musiqi qabiliyyəti daha yaxşıdır. Bu mənada 6 qadına 1 kişi düşür.
7. 15-24 yaşlı oğlanlar qızlara nisbətən 6 dəfə çox uğursuzluqla rastlaşır, üç dəfə artıq yol hadisəsi törədir və tez-tez intihar edirlər.
8. Kişilərin 48 faizi, qadınlarınsa yalnız 22 faizi xoruldayır.
9. Kişilər, adətən, öz tələblərini birbaşa irəli sürür, qadınlarsa müəyyən qədər tərəddüd edirlər.
10. Uşaq oyuncaqları istehsalçılarının fikrincə, oğlanlarda yaradıcılıq qabiliyyəti daha aydın ifadə olunur.
11. Qadınlar kişilərdən üç dəfə çox telefonla danışır, buna gündə 20 dəqiqə vaxt sərf edirlər. Kişilərdə bu müddət 6 dəqiqədən çox deyil.
12. Kişilərdə ağ ciyərin məhsuldarlığı 20 faiz, ürəyinki isə 15 faiz çoxdur.
13. Miqrenlərin dörddə üç hissəsi qadınların payına düşür.
14. Qadınlar kişilərdən çox yaşasalar da, onların qocalma prosesi tez baş verir və nəzərə çarpır.
15. Qadınlar spirtli içkinin təsirinə iki dəfə artıq həssasdır.
16. Solaxaylıq oğlanlar arasında daha çoxdur (beynin sağ yarımkürəsinin üstünlüyü).
17. Tərəf müqabilinin zahiri görkəmi kişilərin 22 faizi, qadınlarınsa 11 faizi üçün xüsusilə hakim rol oynayır.
18. Yerlərini qeyri-ixtiyari olaraq bulaşdıran uşaqların 90 faizi oğlanlardır.
19. Kişilər riyaziyyata daha çox meyil göstərir. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düşür.
20. Qadınlar şirniyyatı, kişilərsə turşunu çox sevirlər.
21. Dərketmə hissində kəskin fərqlər: toxunmaya az həssas olan qadınlar ən həssas kişini geridə qoyur.
22. Qadınlar xarici dilləri daha tez mənimsəyir.
23. İsveçrəli dilçi Edit Slembekin tədqiqatlarına görə, qadınlar kişilərdən iki dəfə çox felin lazım formasından istifadə edir, beş dəfə çox “ola bilsin” və “bir neçə” sözlərini işlədir, üç dəfə çox sual verir, tez-tez üzr istəyirlər.
24. Oğlanlar öz amansızlıqları ilə qızlardan 15 dəfə artıq fərqlənirlər.
25. Kişilər tez və qətiyyətli, qadınlarsa uzun-uzadı düşüncələrdən və yaxın adamlarla məsləhətləşmələrdən sonra qərar qəbul edir.
26. Kişilər psixatriya müalicəxanalarına iki dəfə artıq düşürlər.
27. Siqaret çəkən kişilər qadınlardan 30 dəfə çoxdur.
28. Oğlanlara qızlardan çox yuxu lazımdır. Lakin bu tənasüb 6 yaşında dəyişir. Yaşlı qadınlara isə orta hesabla bir saat çox yuxu lazımdır.
29. Debore Tannenin fikrincə, qadınların kişilərlə söhbəti zamanı “bəli, bəli” demələri, onların kişiləri dinləməsi deməkdir. Kişi isə belə hesab edir ki, qadın onun sözlərini təqdir edir.
30. Hər iki cins bərabər dərəcədə güzgüyə baxmağı xoşlayır: kişilər öz bədənlərindən, qadınlarsa paltarlarından həzz alır.
31. Qadınların 60 faizi, kişilərin isə 40 faizi yuxusuzluqdan əziyyət çəkir.
32. Qadınlar stresi kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır.
33. Qadınlar ağrılara daha həssasdırlar, lakin kişilərdən dözümlüdürlər.
34. Kişilər həyati çətinliklərin öhdəsindən asan gəlir və çox zaman işdə, siyasətdə, idmanda təskinlik tapırlar.
35. Mühakimə olunmuş 10 nəfərdən 9-u kişidir.
36. Qadınlar tez-tez gülümsəyir və söhbət əsnasında həmsöhbətin dik gözlərinə baxırlar, kişilər isə əksinə, baxışlarını yayındırırlar.
Hazırladı: Elnur Ağayev