kishi yay

Kişi yay geyimi: gündəlik və ofis

Baxış sayı: 2. 922

Bu adrenalinin içərisində sizin xarici görkəminiz əlbəttə ki, qüsursuz olmalıdır. Necə? Yazımızda cavab verməyə çalışırıq.

Gündəlik yay geyimi

Sözsüz, kişilər üçün yay qarderobunun əsas atributu t-shirt və şortlardır. Onlar rahat, praktik və bədəni nəfəs almağa imkan verəndirlər. Onların alışı zamanı əsas kriteriya onun keyfiyyətli pambıq materialından olmasıdır. Kətandan olan köynəklər də yay üçün olduqca yaxşı seçimdir. Tərkibindəki cüzi sintetika yol veriləndir. Beləki, bu halda köynəklər və şortlar daha az əzilən olacaqlar.

Piknik və şəhərdən kənar gəzintilərdə geyimdə sərhəd olmur. Əgər bütün qışı idman zallarında tərləmisiniz isə, açıq ürəklə dar t-shirt və qısa şortlardan istifadə edə bilərsiniz. Bu sizin haqqınızdır.

Daha konservativ və daha az sport bədən quruluşuna malik olan kişilər biraz uzun, boş t-shirt və açıq rəngli bridcilərə üstünlük verməlidirlər. Yadda saxlayın ki, bu geyimlə heç bir corab getmir. Siz artıq çoxdan baxçaya getmirsiniz.

Yay ofis qarderobu

Çox təəssüf ki, t-shirt və şortda işə getmək olmaz. Amma təəssüflənməyə dəyməz, çünki ofis geyimi üçün də rahat qarderob hazırlamaq olar.

Kətan kostyum (bej və ya boz), yüngül köynək, yay ayaqqabıları (açıq rəngli dəri) sizi ofisdə yayda rahat hiss elətdirəcək. Burada qalstukun istifadəsi yol verilməzdir.

Əgər dress kod yoxdursa, bu zaman şalvar köynək geyinə bilərsiniz. Əgər ezamiyyətdə çox olursunuz isə, açıq mavi yay cinsləri, sport-klassik ayaqqabılar və köynək sizin üçün ideal seçim ola bilər.

Slim fit köynəklər artıq bir neçə ildir ki, dəbdədir. Artıq çəkiniz yoxdursa və bədən quruluşunuzdan əminsiniz isə, bir neçə belə köynək ala bilərsiniz. (idol.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir