Qadınların bəzi qəribə davranışları kişilər tərəfindən olduqca cazibədar qəbul edilir. “Gencaile.az” kişilərin qadınlarda xoşladığı qəribə davranışları diqqətinizə çatdırır.
Yüksək səslə gülürsünüz
Çox yüksək səslə güldüyünüz üçün utana bilərsiniz. Ancaq həqiqət budur ki, yüksək səsə rəğmən, gerçək bir qəhqəhə xeyli cazibədar ola bilər. Şəxsin duyğusal halları yoluxucudur. Bir kişi həqiqətən əylənən və mükəmməl yumor hissi olan bir qadının yanında ikən istər-istəməz özünü yaxşı hiss etməyə başlayar. Kişilər müsbət bir şəkildə dəstəklənməyi sevirlər. Komik olduğunu düşünürsünüzsə, qəhqəhə atın!
Düşünən zaman dodağınızı dişləyirsiniz
Bir layihə üzərində düşünür, metroda yolunuzu tapmağa çalışır, ya da ilk görüşmə gərginliyi yaşayırsınızsa və o anda özünüz bilmədən dodağınızı dişləyirsiniz. Bax, bu vərdişinizi xoşlandığınız şəxsin görməsindən utanmayın, çünki bu, onun çox xoşuna gələcək.
Şirin şeyləri həddindən çox sevirsiniz
Keks, şokolad, dondurma… Əgər içində şəkər varsa, hər an hər yerdə yeyə bilərsiniz. Şirniyyatlara qarşı müqavimət göstərə bilməməyiniz kişilərə cazibədar və sevimli görünür.
Ciddi bir hobbiniz, ya da kolleksiyanız var
Mütəmadi olaraq “Harry Potter” filmləri izləməkdən zövq alırsınız, ya da ən sevdiyiniz klassik şeirləri toplayırsınız. Yaxud da qədim jurnallarla dolu qutularınız var. Hobbilərinizi gizlətməyə ehtiyac yoxdur. Bir çox kişi bu cür məşğuliyyətləri sevir.
Mütəmadi mahnı oxuyursunuz
Hisslərinizi mahnı oxuyaraq dilləndirirsiniz. Bəzən zümzümə edərək, bəzən də bütün gücünüzlə hayqıraraq. Kişilər xoşbəxt qızlardan xoşlanırlar. Ancaq nə oxuduğunuza diqqət etməlisiniz. Çünki mahnı sözləri şüuraltınızdakı düşüncələri ortaya çıxara bilər.
Hirsləndiyinizdə burnunuzu qırışdırırsınız
Mahnı oxumaq kimi, burun qırışdarmaq da hər hansı bir ortamı şənləndirə bilər. Ola bilər ki, bu, sizin ən cazibədar görünüşünüz deyil, amma jurnallardakı qırışsız, mükəmməl şəkilli maniken burunlarına aldanmayın – kişilər hirslənəndə burnunu qırışdıran qadınlardan xoşlanırlar.
Tez qızarırsınız
Bəli, üz qızarması bir ağırlıq halına gələ bilər. Xoşlandığınız şəxsə gizlin baxarkən yaxalandınızsa, soyuqqanlılığınızı qorumağınız haradasa imkansız olur. Çəhrayıya bürünmüş kimi görünmədən tərif eşitməyiniz mümkün deyil. Amma bu utanma və həyəcan işarəsi kişilərin gözündə xeyli cazibədar görünə bilər.