qadin-kisi

Kişilər haqqında ən çirkin həqiqətlərin siyahısı

Baxış sayı: 1. 408

Türkiyəli psixoloqlar kişilər haqqında ən çirkin həqiqətlərin siyahısını tərtib ediblər. Bu məlumatlar sayəsində kişilərin necə olduğunu və hansı sözünün əslində nə ifadə etdiyini öyrənəcəksiniz. Həm də sizi əks cinsin nümayəndəsinin incitməyinə icazə verməyəcəksiniz. “Gencaile.az” kişilər haqqında acı həqiqətləri təqdim edir:

 

Kişilər qadınları seks üçün istifadə edirlər!

Kişilərin heç bir duyğu bəsləmədiyi qadınlarla yatdığını artıq hər kəs bilir. Kişinin sevdiyi qadınla birlikdə olmaq istəməsndən təbii heç hə ola bilməz. Ancaq cinsəl münasibətlər demək olar ki, bütün kişilər üçün ilk sırada dayanır. Kişilər xoşlandıqları qadınlara bunu mütləq bildirirlər. Vurulanda heç nədən çəkinmədən və utanmadan bunu dilə gətirirlər.

 

Seks üçün istifadə edildiyinizi necə anlamalı?

Kişi sizin üçün ən kiçik öhdəliyi belə öz üzərinə götürmürsə, bunu asanlıqla anlaya bilərsiniz. Ondan gözlədiklərinizi dilə gətirdiyiniz zaman vəziyyəti qəbul etmir və müdafiəyə keçirsə, böyük ehtimalla siz ona sadəcə yataqda lazımsınız. Ciddi niyyəti olmayan kişilər sizin həyatınızla maraqlanmaz. Lakin sizinlə hər yerə gəlir, həftə sonlarını sizinlə birlikdə keçirir və təəccübləndirməyi bacarırsa, sizi ancaq seks üçün istifadə etməsi mümkün deyil.

 

Özümü kiməsə bağlanmağa hazır hiss etmirəm!

Bir kişi sizi “Hələ ki, bağlanmaya hazır deyiləm” deyirsə, ona inanmayın. O, bu sözlərlə əslində, “Sənə bağlanmağa hazır deyiləm…” demək istəyir. Həyatınızda bir dəfə də olsa, ciddi münasibətə hazır olmadığını deyən kişi ilə qarşılaşmısınız? Bunun vaxtla, yaxud hazır olub-olmamaqla heç bir əlaqəsi yoxdur. Bir kişi qadını görən kimi onunla evlənib-evlənməyəcəyini fikrində analiz edir. Bir neçə görüşdən sonra bu fikrə gəlibsə, bu fikrini heç vaxt dəyişməyəcək. Bir kişi bağlanmağa hazır olmadığını deyirsə, sizinlə heç vaxt evlənməyəcəyi deməkdir. Ona görə vaxtınızı və gəncliyinizi bu cür kişilərə xərcləməyə dəyməz.

 

Qadının xarici görünüşü nə dərəcə əhəmiyyətlidir?

Qadının görünüşü onun haqqında çox şey söyləyə bilər. Buna görə də qadının xarici görünüşü kişi üçün çox əhəmiyyətlidir. Kişilər qadınlarla tanış olanda ilk olaraq gözəlliyinə fikir verirlər. Qadını kifayət qədər gözəl hesab etmirsə, onunla bir saniyə belə olsun məşğul olmur.

 

Kişilər evlənməyə məcbur olduqları üçün evlənirlər

Kişilər ömür boyu bir qadına bağlana bilmirlər. Elə bu səbəbdən də evlilikdən söz düşəndə, hətta sevdiyi qadınla evlənmək istəyən kişi də narahat olmağa başlayır. Sizə aşiq ola bilər, sizinlə yaşlanmaq istəyə bilər, lakin imza atandan sonra bunların hamısına nifrət edər. Bir kişinin evlənmək istəməməsinin yeganə və əsas səbəbi başqa qadınlarla sekslə məşğul olmaq istəyidir. Kişilər ancaq qadınlar istədiyi üçün evlənməyə razı olurlar. Əslində, kişilərin çoxu evlənməyin tərafdarı deyil. Kişi evlənmək təklifi etməzsə, qadını itirəcəyini bildiyi üçün buna məcbur qalır.

 

Kişilər sevdiyi qadına niyə xəyanət edir?

“Sevirsə, niyə də aldadır?” düşünə bilərsiniz. Lakin cavab çox sadədir, kişilərin çoxu sekslə məşğul olmaq üçün başqa qadınlarla görüşməyə, sekslə məşğul olmaqdan imtina etmir. Bu, onların xoşuna gəlir. Kişilərin normal seks həyatı olsa belə, başqa qadınlara qarşı həmişə şəhvət hissi keçirirlər. Əlbəttə ki, bunu bütün kişilərə aid etmək olmaz.

 

Xəyanət etdiyini necə anlamaq olar?

Qadınların 6-cı hissi güclü inkişaf etdiyi üçün kişinin xəyanətini çox tez hiss edirlər. Hətta belə bir deyim var ki, “Kişi xəyanət etməyə hazırlaşanda qadın bunu hiss edir” . Bəs sevdiyiniz kişinin sizə xəyanət etdiyini necə müəyyən etmək olar?

  • Həyatında heç nə qaydasında deyilsə və nəzarətdən çıxıbsa…
  • Xəyanət edən kişi hər an narahat olur. Keçirdiyi narahatçılıq bir gün mütləq üzə çıxır.
  • Sizinlə daha təmkinli davranmağa başlayır.
  • Telefonla gizli-gizli danışmağa başlayır.
  • Telefonuna zəng gələndə sizdən uzaqda danışır və mövzunu dəyişdirir. Kimin zəng vurduğunu soruşduğunuz zaman söhbəti dəyişir.
  • Sizin yanınızda gələn zənglərə cavab vermirsə, böyük ehtimalla nəyisə gizlədir.
  • Sizinlə əvvəlki kimi sekslə məşğul olmursa, çox güman ki, sizi aldatdığı qadınla cinsəl əlaqədə olduğu üçün halı qalmır və sizi ikinci plana atır. Əvvəlki seks həyatınız solub.
  • Artıq sizi evə dəvət etmir, daha çox sizin evə gəlməyə üstünlük verən kişi nədənsə çəkinir. Çünki öz evində ona xəyanət etdiyinizi başa düşəcəyinizdən qorxar.
  • Planları pozur. Əvvəlcədən danışdığınız, ya da sizin planlarınızı pozmağa başlayır. Görüşü başqa vaxta keçirmək əvəzinə ləğv edər. Görüş üçün dəqiq tarixlər verməz. Çünki aldatdığı qadın hər an onunla görüşmək istəyə bilər.
  • Sizi gizli və heç kimin tanımadığı yerlərə aparar və dostları ilə tanış etmək istəməzlər. Cavabı çox sadədir. Sevgilinizin gizli bir münasibəti varsa, sizinlə ictimai yerlərdə görünməkdən və ya aparmağa çəkinir. Dostları ilə tanış etməməsinin səbəbi isə dostlarının başqa münasibəti haqqında danışacaqlarından qorxması ilə əlaqədardır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir