Kişilər qarşı cinsin nümayəndələrindən nə gözləyir? Bu sual bütün dövrlərdə aktual olub. Bu sualın bir neçə cavabı ola bilər. Lakin biz ümumiləşdirib onları müəyyənləşdirmişik. Kişilər qadınlardan rahatlıq, dostluq və sevgi gözləyir.
Rahatlıq
Rahatlıq bir çox kişilərin qadınlarla münasibətini davam etdirməsinin əsas səbəbidir. Kişilər güvənə biləcəyi qadının yanında dünyanın bütün problemlərindən və stressindən uzaqda olmaq istəyirlər. Sevdiyi qadının yanında özlərini rahat hiss etmək kişilər üçün vacib amildir. Bu hiss onlara rahatlıq bəxş edir. Hər bir kişi xəyalında evə gəldiyi zaman yanında sevdiyi qadının olduğu hüzurlu və sakit həyat qurur.
Həyat yoldaşı ilə sakit, rahat atmosferdə olmaq qadınların da ən böyük arzusudur. Qadınlar da isti və mehriban ailə qura biləcəyi kişi axtarır. Mehriban sözlərlə qəlbimizi ələ alan, ruhumuzu oxşayan və anlayışlı ailə arzu edirik.
Hər iki cins mütəmadi olaraq tənqid edilməyə və başqası tərəfindən günahlandırmağa dözə bilmir. Bütün bunlar iki insan arasında mütəmadi olaraq baş verirsə, o münasibət uzun ömürlü ola bilmir.
Dostluq
Əslində, bir kişinin qadınla evlənməsinin yeganə səbəbi dostluqdur. Oxşar maraqlar, gələcəklə bağlı ortaq xəyallar, hədəflər, yumor anlayışı iki insanı bir-birinə yaxınlaşdıran amillərdir. Bu sevgililər arasında da belədir. Duyğusal cazibədən başqa kişilər birlikdə olduqları qadında dostca söhbət etmək üçün bəzi xüsusiyyətlər axtarırlar.
Bəs biz qadınlar? Əlbəttə ki, çayxana söhbətləri deyil, amma dərdimizi paylaşa biləcəyimiz, sevincimizi bölüşə biləcəyimiz, çətinliklərimizdən danışa biləcəyimiz, bizi anlayan dost, həm də sevgili axtarırıq.
Seks
Buna heç təəccüblənmədik. Seksin siyahıda sonda gəlməsi sizə qəribə gələ bilər. Lakin aparılan araşdırmalara görə, kişilərin qadınlardan və bir münasibətdən gözlədikləri ilk olaraq dostluq və rahatlıqdır. Dolayısı ilə seks sonda gəlir. Sağlam münasibətin ancaq seks üzərində qurulması mümkün deyil. Amma sağlam seks həyatı olmadan münasibətin davam etməsi o qədər də inandırıcı deyil. Seks həyatınızı daha əyləncəli və güclü etmək üçün sizə bəzi məsləhətlər veririk.
Yaddaqalan seks, təkcə kişilərin deyil, əlbəttə ki, qadınların da bir münasibətdə axtardıqları xüsusiyyətdir. Amma cəmiyyətdə seksin təkcə kişilərə xas bir xüsusiyyət, yaxud ehtiyac olduğu düşünülür. Ancaq unutmaq lazım deyil ki, bu iki insan arasında baş verir. Qadınlar da ən az kişilər qədər istəklidirlər. Hər bir cütlüyə xoşbəxt seks və xoşbəxt sevgi arzulayırıq… Birisinə qapalı geyimi, birisinə də soyunmaq ehtiras yaşada bilər. Əsas odur ki, yaxşı intim münasibətləriniz olsun.