Evdən tələsik çıxmağa və çimərlikdən sonra bir neçə dəqiqə içində şəkilləndirməyə uyğun mövsümün hit və rahat saç kəsimləri hansılardır? Beləliklə, beş ən yaxşı saç kəsimini təqdim edirik:
Qat-qat və həcimli
Qısa və orta boy saçlar arasında olan bu kəsimlər mövsümün hitləri arasındadır. Çünki “Yeni oyanmışam” saç trendi üçün olduqca əlverişlidir. Bu saç modelini dəniz duzu spreyi və şəkilləndirici köpüklərlə rahatlıq və həcm verərək istifadə edə bilərsiniz.
Fransız kəsimi
Qısa və mini kəkilli bu saç modeli yeni mövsümün favoritlərindəndir. Həm xarakterverici, həm də rahat bir görünüş üçün bu cür kəsimi şəkilləndirmək asandır. Saçlarınızı darayaq qurudub, mat, və təravətləndirici bir kremlə düzüm verə bilərsiniz.
Pərdəli qatlar
Uzun saçlara ilham verən bu kəsim günümüzə 90-cı illərdən təşrif buyurub. Həm dalğalı, həm də buruq saçlar üçün ideal olan bu model “cool” görünmək üçün əlverişlidir. Bu kəsimi istədiyiniz formaya asan salmaq üçün saçlarınız islaq formada olarkən köpük və gel kimi məhsullardan istifadə mütləqdir.
“Buzz” kəsim
İsti yay günlərinin ən rahat kəsimidir. Bu saç formasını özəlləşdirmək üçün trenddə olan saç rənglərindən istifadə etmək lazımdır.
Əsgər saçları
Dəbdən düşməyən, klassik saç kəsimi: Əsgər saçları. Yanların qısa, üstün isə qismən uzun olduğu bu saç modeli yay aylarında ən çox istifadə ediləndir.