Aparılan araşdırma nəticəsində məlum olub ki, insanlar yeni onilliyə yaxınlaşdıqca həyatlarının mənası haqqında düşünməyə başlayırlar. 29, 39, 49 və digər yaş mərhələləri insanı nəinki fəaliyyətini dəyişməyə, həm də nikahdankənar əlaqələrə sövq edə bilər.
Araşdırma müəllifləri qeyd edirlər ki, insan zehni yuvarlaq rəqəmlərə xüsusi əhəmiyyət verir və buna görə də insanlar 30, 40 və ya 50 yaş kimi tarixlərə yaxınlaşdıqda özlərini xüsusilə həyəcanlı hiss edirlər.
Tədqiqatlar göstərib ki, həm kişilər, həm də qadınlar yubileylərdən əvvəl emosional dəyişikliklərə can atır və yeni təcrübələr əldə etməyə çalışırlar. Çox vaxt yeni sevgi münasibətləri qocalığa yaxınlaşmaqla bağlı narahatlığın öhdəsindən gəlməyin bir yoluna çevrilir.
İngils araşdırmalarına görə, 39 yaş zina baxımından ən riskli yaşdır. Bundan əlavə, alimlər 25-30 yaş arasında kişilərin, 30-35 yaşlarında isə qadınların daha çox aldatdığını müəyyən ediblər.
Araşdırma həmçinin müəyyən edib ki, ər-arvad arasında gəlir fərqi artdıqca xəyanət ehtimalı da artır. Kişi həyat yoldaşı ilə müqayisədə nə qədər az qazanırsa, onun xəyanət etmə ehtimalı bir o qədər yüksəkdir.
Tədqiqatçılar təklif edirlər ki, bu yolla kişilər ailədə əhəmiyyət kəsb edən hisslərini kompensasiya etməyə çalışırlar. Maddi vəziyyəti arvadlarından əhəmiyyətli dərəcədə aşağı olan kişilərin aldatma ehtimalı bərabər gəlirə malik olanlara nisbətən üç dəfə çoxdur.