Tez hirslənən qadın – Hər şey tərs gedəndə belə üzündə təbəssüm görmək istəyir. Həyata qarşı tərəfə və özünə inamınız varsa, o da sizə güvənəcək. Problemlərinizi və sıxıntılarıızı onunla paylaşmağa haqqınız var, lakin hər gün həyatdan bezdiyini demək, deyingənlik sevdiyiniz kişinin sizdən uzaqlaşmasına gətirib çıxarar. Hirslənmək və tez özündən çıxmaq yerinə, sual verin.
Yerindən durmayan – “Küləyə dedilər qapını ört. Dedi, külək örtər…” yerindən durmayan, tənbəl qızlar subaylıqdan yaxa qurtara bilməz. Kişilər bütün günü divanda uzanıb televizora baxmağı xoşlasa da, tənbəl qadınları heç sevmirlər. Kişilər özü qərar verən və problemləri təkbaşına həll edən qadınları çox bəyənirlər.
Yalan danışan – Buraya kredit borcunuz, hətta çəkiniz də daxildir. Özləri yalan danışmaqda peşəkar olmadığı üçün yalan onların ən zəif nöqtəsidir. Buna görə də qadınların dürüstülüyünə möhtacdırlar. Kişilər qadınların dediyi hər sözə inanmaq istəyir.
Kişi zarafatları – O sizin əsgərlik yoldaşınız deyil, sevgilinizdir! Onunla oğlan dostunuz kimi danışmayın. Çünki kişilər sevgilisini hər zaman “prensesa” kimi görmək istəyir. Ağzınızdan çıxan ən kiçik kobud söz bütün cazibənizi söndürüb sehri öldürə bilər. Qadın dediyin zərif və məlahətli olmalıdır…
Sədaqətsiz qadın – Buna heç bir insan göz yuma bilməz. Kişilər oğlanlarla həddindən artıq səmimi olan və oğlan dostları ilə görüşən qadınlardan ehtiyatlanırlar.
Dağınıq və baxımsız qadın – Bu təzə xəbər deyil. Bunu bilməyən yoxdur. Hər gün makiyaj etməyə həvəsiniz olmasa belə, saçların səliqəli və baxımlı, geyiminiz isə tərtəmiz olmalıdır. Çünki geyim sizin evlənilməli bir xanım olduğunuz işarəsini verir. Evinizdə hər şey qaydasında və yerində olmalıdır.
Səbirsiz qadın – Həyatınızda baş verən hər şeyə qarşı səbirli olmağınızı gözləyirlər. Buraya evlilik də daxildir.
Həyatdan bezən qadın – Problemləri olan insanlarla yoldaşlıq etmək istəmirik, qaldı ki, sevgili olmaq istəyən tapılsın… Neqativliyiniz onun da enerjisini alır. Dolayısı ilə, sizdən qaçmaq istəyəcək. Kişilər həyatını çətinləşdirən deyil, əksinə həyatını yüngülləşdirən qadınları sevirlər. Texnologiyanı da buna görə sevirlər.