Kişiləri idarə etmək üçün sehrli cümlələrə ehtiyacınız var? Münasibətiniz olan və ya olmağını istədiyiniz kişini öz yanınızda saxlamaq üçün onun eqosunu oxşamalı və onu özəl hiss etdirməlisiniz. «Gencaile.az» kişilərin ən sevdiyi tərif dolu cümlələri təqdim edir.
Keçmişdə çox qadının səni sevdiyin bilirəm. Qorxuram ki, özünü mənə də sevdirib, məni tərk edəsən.
Sənin boyun bizim kişilərin ortalama boyunda daha uzundur. Basketbol oynayırsan?
Necə gözəl danışırsan, şeir kimi. Sənə qulaq asmaqdan zövq alıram.
Nə qədər təcrübəli və biliklisən. Onları mənə danış, dərs çıxarmaq istiyirəm sənin təcrübələrindən.
Həqiqətən roman kimi həyat yaşayıbsan, məncə yazmalısan bunları.
Bu yerlərə gəlməyin asand olmayıb məncə. Üzündə apardığın savaşların və qazandığın zəfərlərin izləri var.
Uşaqlarla çox yaxşı danışırsan. Uşaqların səviyyəsinə enməyin çox gözəldir.
Belə gənc yaşda nə qədər uğur əldə edibsən, sənə heyranam.
Cəsarətinə çox vurğunam və sənin yanında özümü güvəndə hiss edirəm.
Təmirçi çağıracaydım, ağlıma sən gəldin. Sən bacarırsan axı belə işləri.
Dünən axşam bir film izlədim. Baş roldaki aktyor eynən sənin kimi gülürdü.
Sənin genlərin çox güclürdü bilinir. Hər bir qadın sənin kimi adamdan uşağı olsun istəyər.
Heyvanlara qarşı bu qədər həssas olduğuvu bilmirdim. Çox bəyəndim bu xarakterivi.
Sən hərşeyini özün qazanıbsan. Başqaları kimi hazıra nazir olmayıbsan.
Dostlarıvın sənə necə hörmət etdiyini gördüm. Səni çox istədikləri bilinir.
Səni sevməyimdən əminəm. Amma, daha çox sevməkdən qorxuram. Sənsiz qalsam, nə edərəm bilmərəm o zaman.
Gözlərin hər zaman parıldayır.
Elə bil gələcəyi görürsən, nə desən çıxır.
Hər paltarı özünə yaraşdıra bilirsən. Bu fitri istedaddır.