Qadin

Kişiləri infarkt həddinə çatdıran moda inqilabları – FOTOLAR

Baxış sayı: 1. 658

Moda aləmində yeniliklər səngimir. Moda bizi gah 60-cı illərin romantik dünyasına, gah 60, gah da 90-cı illərin bərbəzəkli dövrünə səyahətə aparır. Əlbəttə, bu zaman o dövrün bütün dəbli geyimləri əsassız olaraq deyil, onun hansısa konkret detallarından istifadə olunaraq gündəmə gəlir. Retro geyim stili bu hadisənin ən parlaq illüstrasiyasıdır.

Bu gün sitayiş etdiyimiz dəb sabah unudulur. Aradan bir qədər keçəndən sonra unudulmuş dəb tendensiyaları yenidən öz hökmünü oxuyur, ikinci “ulduz saatını” təkrar yaşayırlar. On illərlə nənələrin sandıqlarında yatmış paltarlar və aksessuarlar yenidən podiumlarda peyda olur. Retro stili mütəmadi olaraq podiumlarda prte-a-porterlərdə özünü göstərir.

Bu yazıda müasir modada tez-tez adı hallanan retro tərzindən danışmaq istəyirik.

“Retro” termini latıncadan “Retrospective” sözündən qaynaqlanır. Retro sözü keçmişə yönəlik, keçmişə aid, keçmişi də əhatə edən mənalarını verir. Retro stili mədəni şəkildə desək, köhnəlmiş və ya modası keçmiş dəb cərəyanın yenidən populyarlaşaraq meydana gəlməsi və geniş istifadə edilməsi deməkdir. Keçmişin izlərini daşıyan dizaynları həmişə sevmişik. Güman edirəm ki, keçmişdə yaşadıqlarımız ondan tamamilə qopmağa imkan vermədiyi üçün insan keçmişdən ayrı bir dad alır. Retro tərzi bu gün bir çox dizaynerin öz kolleksiyasında tətbiq etdiyi həlledici taktikaya çevrilib.

Retro terminini eşitmək üçün dəb ehtirasına qapılmağınıza ehtiyac yoxdur. Çünki tv həftəlik qadın proqramlarında, qəzetlərin son səhifələrində, hazır geyim mağazalarında və bir çox başqa yerlərdə retro terminini eşitməyiniz mümkündür. Retro sözünə ekvivalent olaraq köhnə dəbi əks etdirən cizgilərin, siluetlərin müasir dəbdə istifadə edilməsini göstərmək olar. “Vintage” vintaj – ilə retro stil bir-birinə çox bənzəyir. Bu səbəbdən çox qarışdırılır. Vintaj stili ilə retro arasındakı fərqi qısaca olaraq belə ifadə etmək olar: Vintaj müəyyən bir dövrü əks etdirən keçmişdən qalmış paltardır. Yəni, bir növ antik paltar deməkdir. Lakin hər bir antikvar paltar vintaj deyil. Keçmişdə müəyyən xüsusi məna ehtiva edən paltar olması lazımdır. Retro isə keçmişdə dəbdə olan cərəyanların hazırda yenidən işlənilmiş formasıdır. Məsələn, keçmişdə bir ara qalın çərçivəli eynəklər dəbdə idi. Hazırda yenə bu tərz dəbə gəlib. Bunlar retrodur. Amma əlinizdə qədimdən qalma qalın çərçivəli eynək olsaydı, o vintaj olardı.

Retro tərzinin sadəlövhlüyü mənə gözəl qadınlarla, alicənab kişilərin yaşadığı əsrarəngiz dövrü xatırladır. Dizaynerlər nostalji hisslər aşılayan, köhnəlmiş, amma keyfiyyətlərini itirməyən retro stilinin unudulmaması üçün əllərindən gələni edirlər. Ötən dövrün dəb tendensiyaları qarderobumuza gözəlliyi və incə zövqün əbədi dəyərlərini də özü ilə birlikdə gətirir. 20-ci illərin şıq biçimləri, 30-cı və 40-cı illərin zərif və dəbdəbəli kostyumları bu gün 60 və 70-ci illərin incə şəhvəti ilə əla kombinə olunur. Retro stilinin müasir paltar və aksessuarlarla vəhdəti hər zaman aktualdır. Retro üslubu əslində bizi müxtəlif eksperimentlər etməyə sövq edir. Hətta öz fərdi üslubunu tapmış xanımlar 20-70-ci illərin geyimlərini geyinməyin əleyhinə deyillər. Ana və nənələrinizin köhnə şəkillərinə baxanda onların əynindəki modellərin bu gün mağazalarda yeni boyalarla və naxışlarla təqdim olunduğunu görərik.

Retro tərzində səhvə yol verməmək üçün təhlil etmək lazımdır. Həmçinin peşəkar stilistin məsləhətlərini dinləmək faydalı olardı.

 

Kişiləri infarkt həddinə çatdıran geyim üslubunun tarixçəsi

20-30-cu illərdə qadın dəbi qurtuluş adı altında inkişaf edir. Xanımlar daha qısa paltarlar geyinir, papiros yandırırdılar. Bəşəriyyət, nəhayət ki, real qadın fiqurlarını görə bilir. Daha çox effekt üçün bəlkə də, etiraz əlaməti olaraq bəzi xanımlar saçlarını qırxırdılar. Lələkli aksessuarlar, kişi şlyapaları, boyuna bir neçə dəfə dolanmış mirvari və saçaqlı paltarlar geyinən xanımlar – retro tərzinin ilk qaranquşları idilər. Bu cür geyinən qadınlar kişiləri infarkt həddinə çatdırmışdılar. “Həyasızlığın” digər sabiq rəmzi qarderobda qadınlar arasında fəxri yer tutan çulkilər idi.

Стиль ретро, начало 20-го века.

30-cu illərin paltarları daha açıq idi. Bir qədər sonra qadının belinin incəliyini vurğulayan paltar modelləri yaranır. Bu illər kişi ağalığına qarşı etiraz idi. Azadlıq fonunda qadınların zinət əşyalarına olan marağı artırdı. Azadlığa məst olmuş gözəl xanımlar daha sonra boş kişi kostyumları və köynəkləri, hündür bel kişi şalvarlarını cəsarətlə geyinirdilər.

Стиль ретро - мужской стиль в женской одежде в начале 20-го века

Həmin dövrün rəng palitrası solğun-çəhrayı, ağ, qara və boz idi. Parlaq rənglər ancaq aksessuarlar və dodaq boyasında iştirak edirdi. Yeri gəlmişkən, məhz 20-30-cu illər retro modapərəstləri ilk dəfə olaraq dodaqlarını qırmızı rəngə boyamağa başlayırlar. Lakin bunu yalnız “yüngül davranış”lı xanımlar özünə rəva bilərdi.

Стиль ретро в одежде

50 və 40-cı illərin sadə gözəlliyi və zərifliyi

İkinci dünya müharibəsinin başlanması moda meyillərinə də təsirini göstərməkdə gecikmir. O ağır dövrdə dərin dekolte və ya parlaq rənglərdən söhbət gedə bilməzdi. Əvvəlki dəbdəbənin, hədsiz təmtərağın yerini ciddilik və utancaqlıq əvəz edir. Rəngli geyimlər qaralır. Bərbəzəkli baş aksessuarlarının əvəzinə qadınların başında enli şlyapalar peyda olur. Yuxarıya qədər kip bağlanan pencəklər və uzun dar yubkalar dəbə minir. Kristian Diorun inqilabı da həmin dövrə təsadüf edir. O, “New look” üslubunukəşf edir. Dəbə elə də çox dərin dekoltesi olmayan, lakin qadın bədən quruluşunun incəliyini vurğulayan, beli daraldılan modellər daxil olur.

Девушка в красном платье и красных туфлях, образ в ретро стиле 50-х

Девушка в пышном платье и жакете 50-х годов, ретро стиль

Altas, ipək, məxmər parçalar çox dəbdə idi. Naxışlar isə müxtəlif idi. Paltarların uzunluğu daha da uzanırdı. Zərfi xatırladan kiçik əl çantaları və biləkdən bağlanan Merri Poppins ayaqqabılar o dövrün əsas dəb tendensiyaları idi.

Ретро стиль, середина 20-го века

50-ci illərin əfsanəvi aktrisalarından Odri Hepbern və qlamur Merilin Monro da retro tərzinin sevilən stil ikonalarından sayılır. Onların təbii zərifliyi və həssaslığı dizaynerləri indiyə qədər nadir retro kolleksiyaların yaradılmasına ruhlandırır.

XX əsrin ortalarında retro üslubuna uyğun biçilmiş kip köynəklər, yaxud da aşağıya doğru genişlənən dəbdəbəli “şar” ətəklər, uzun əlcəklər, iri laklı kəmərlər, mirvari sırğa və boyunbağılar qadın qarderobunun əsasını təşkil edir. O zamanlarda xanımlara makiyajda da daha səxavətli davranmağa icazə verilir. Dolğun qırmızı dodaqlar və dumanlı göz makiyajında modapərəstlər cazibədar və seksual obrazlarını qoruyub saxlayaraq, eyni zamanda öz üslubunda zərifliyi təcəssüm etdirirdi.

 

60-70-ci illərin qızıl dövrü

Bu illəri intibah dövrünün müasir variantı adlandırmaq olar. Hər şeydə, o cümlədən geyimlərdə də normal, sabit həyatın qayıtması ilə əlaqədar olaraq sevinc hiss olunurdu. Parlaq rənglər, böyük, qışqıran və mücərrəd naxışlar dəbə daxil olur. Həmin dövrdə dəbli aksessuar kimi yaylıqlar, həmçinin böyük tünd eynəklər populyar idi. Dəyirmi yaxalıqlar, sadə paltarın üzərinə düzülmüş düymələr də o dövrün məhsuludur.

Платье в горошек в стиле ретро

60-70-ci illərin retro tərzinə nümunə kimi xallı naxışları, çox qatlı ətəkləri, bir vaxtlar dəbdə olan sarıqlı kişi şalvarlarını göstərmək olar. Retro paltarların digər bir xüsusiyyəti də şişirdilmiş olmasıdır. Buna görə də retro geyimləri xüsusi günlərdə geyinmək daha məqsədə uyğundur.

Məsələn, 70-ci illərin qəşəng parçalarından olan bol balaqlı şalvarlar 90-cı illərdə yenə dəbə hakim olur və böyük maraqla qarşılanır. 90-cı illərin ortalarına doğru çox qatlı ətəklər dəbdə idi.

70-ci illərdə hələ lap gənc dizayner İv Sen Loren podiumlarda ilk dəfə yarımşəffaf bluzkalarını nümayiş etdirir. Model qızların utana-utana geyindiyi şəffaf parçadan “təsadüfən” görünən sinələri böyük qalmaqala səbəb olur. Bu hadisə isə gənc kuturyeyə dünya şöhrəti gətirir.

O xoşbəxt illərin stil ikonlarına Sofi Loren, Cina Lolobridcida, Katrin Denevi nümunə göstərmək olar. 60-cı illərin seks-simvolu Britcid Bardonu da bu siyahıya daxil etmək olar. Onlar açıq çiyinlərini dəbdəbəli xəzlə örtür, başlarına isə rəngli yaylıqlar bağlayırdılar. Beləcə yeni dəb tendensiyasının əsasını qoyurlar. Onların təkrarolunmaz obrazlarına iri çərçivəli eynəklər yoldaşlıq edirdi.

O illəri çıxmaq şərti ilə paltarlarda belə cəsarətli və zəngin rəng palitrası bir də heç vaxt olmayıb. Podiumları göy, qırmızı, çəhrayı, yaşıl, sapsarı, bənövşəyi çalarlar əhatə edir, küçələrdə, hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunurdu.

Elə həmin illərdə damalı, iri bantlı paltarlar və hippi tərzinə xas olan saçaqlı geyimlər dəbə minir. Etnik naxışlı donlar, kişi köynəkləri, Afrika motivləri ilə işlənmiş enli balaq şalvarlar da o illərin səciyyəvi modellərinə aiddir. Aksessuar kimi isə saçaqlı kiçik çantalar, rəngbərəng muncuqlar və ağacdan düzəldilmiş iri bijuteriyalar istifadə edilirdi.

Стиль хиппи

O vaxtdan dizaynerlər retro üslubunu əsas götürərək onu yeni müasir detallarla tamamlayırlar. Retro stilində paltarlar yaz-yay mövsümü üçün dəbli trenddir. Əfsanəvi dizaynerlərin kolleksiyalarında mütəmadi olaraq romantik modelləri nümayiş olunur. Gül kompozisiyaları, xallı və damalı naxışlar isə hələ də qüvvədədir.

Müasir retro paltarların dəbdə olan tendensiyaları kimi assimetrik kəsimləri, beli vurğulayan və krujevadan tikilən donları saymaq olar. Dizaynerlər daha çox şifon, ipək, və pambıqdan tikilən retro-paltarı təklif edirlər. Romantik retro üslubunda paltarlar bir çox dizaynerlər tərəfindən xüsusilə sevilir. Onlar retro üslubuna öz məhəbbətini nümayiş etdirərək, yeni kolleksiyalarını “new look”-lar əsasında yaradırlar. Məşhur kuturyerlər, “Prada”, “Louis Vuitton” və s. Moda evləri bu qeyri-adi üslubu qadınlara sevə-sevə təklif edirlər.

Платье в стиле ретро

Təəccüblü haldır ki, əgər əvvəllər hər bir dövr öz üslubunu diktə edirdisə, indi müxtəlif üslublar müasir modapərəstlərin qarderobunda çox gözəl yaşayır. Məncə, müasir dövrün ən gözəl moda inqilabı da məhz budur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir