Saatlarla gözəl görünmək uğrunda xərclənən vaxt sonda eybəcər bir görüntü ilə nəticələnə bilər. Pis makiyaj isə kişiləri qadınlardan uzaqlaşdırır. Makiyaj edərkən bəzən kosmetikanın miqdarını qaçırırq. Pis makiyajı isə gözəl qadını eybəcər edir və kişilər ondan uzaqlaşır.
Maskalı üz
Dərinizin gözəl görünməsi üçün neçə qat tonal krem, ənlik, kirşan kimi kosmetik vasitələr çəkmək lazım deyil. Kişilər bu görüntünü çirkin və çox diqqət çəkən hesab edir. Kişilər üzün maska kimi görünməsini sevmir.
Yapışqan dodaqlar
Dodaqların gözəl görünməsi üçün dodaqlara həddin artıq “lipstick” (parladıcı) çəkmək lazım deyil. Yapışqan görünən dodaqlar kişilərə çox itici görünür. Buna görə lipstickistifadə edərkən miqdarını çox etməyin.
Şişirdilmiş saçlar
Kişilər sadəliyin tərafdarıdır. Təbii saçlar kişilərin ən çox diqqətini çəkən vasitələrdən biridir. Saçları broşlarla doldurub gözəl görünmək istəyiniz əks nəticə verə bilər. Çünki kişilər belə saçı çirkin və səliqəsiz hesab edir.
Qurumuş dodaqlar
Qış aylarında soyuq hava dodaqları qurudur. Çatlamış dodaqlar kişilərin heç xoşuna gəlmir. Buna görə qış aylarında dodaqlara nəmləndirici çəkməyi unutmayın.
Qabıqlı dəri
Kişiləri əsəbləşdirən görüntülərdən biri də qurumuş və qabıq vermiş dəridir. Kişilər yumşaq dərili qadınları xoşlayır. Çünki onları həmcinslərindən ayıran fərq budur. Buna görə dərinizi hər zaman nəmləndirin.
Rəngərəng göz makiyajı
Dumanlı göz makiyajı qadınları daha cazibəli edir. Lakin makiyajını çox şişirtmək olmaz. Göz makiyajında istifadə etdiyiniz məhsulların böyük əhəmiyyəti var. Çünki keyfiyyətsiz məhsullar tez seçilir və eybəcər görüntü yaradır. Sevgilinizin gözündə çirkin və səliqəsiz görünmək istəmirsinizsə, göz makiyajını düzgün edin.