Heç şübhəniz olmasın ki, kişilər yalan danışır. Məsələn, hansı kişi “Beş dəqiqə sonra evdəyəm” demir, barda yenicə içki içməyə başladığı saatlarda… Ya da hansı kişi həyat yoldaşını aparmadığı yemək dəvətindən sonra “Qonaqların həyat yoldaşları ilə birlikdə gələcəyini bilmirdim” – demir…
Dürüst olmaq lazım gələndə, hekayətlər quraşdırmaq qaneedici ola bilər. Amma bunun özümüzü aldatmaqdan başqa bir işə yaradığını deyə bilmərik. Xanımlar, elə isə möhkəm dayanın! Sizin üçün kişilərin ən sıx müraciət etdikləri yalanları deşifrə edirik!
“Sənə zəng edəcəyəm”
Əslində demək istədiyi budur: “Sənə zəng etmək ehtimalı var”
Bu kişilərin tez-tez müraciət etdikləri yalanlardan biridir. Əgər sizə zəng etməyəcəksə, bunu açıq-aydın deyib sizi üzmək istəmir və bu cümləni işlədir. Xanımlar, elə isə telefonun yanında daha çox keşikdə dayanmaqdan əl çəkin və həyatınızı yaşayın!
“Zəng edəcəyəm” dedikdən sonra bir neçə gün telefonunuza zəng gəlmirsə, deməli, gözlədiyiniz zəng heç bir zaman reallaşmayacaq.
“Sevişmək istədiyimə görə burda deyiləm, sadəcə birlikdə bir az uzanmaq istəyirəm”
Əslində bunu demək istəyir: “Səninlə sevişmək istəməsəm zatən burada olmazdım. Niyyətim, birlikdə uzanaraq seksual əlaqəyə bir şans yaratmaqdır”
Eyni yatağa uzandığı qadınla sekslə məşğul olmaq hansı kişinin ağlından keçməz ki! Bu üsul kişilərin, sizin çox istəksiz göründüyünüz zamanlarda sizi seksə məcbur etmək yerinə, daha istəkli olmanız üçün işi asanlaşdıracaq bir üsuldur. Kişi belə deyirsə, onu izləyin: “Qırmızı işıq”lar sönüb “yaşıl” yananda fürsəti qaçırmayacaq və dərhal “matça” başlayacaq.
“İndiyəcən bu qədər gözəl sevişməmişdim”
Əslində bunu demək istəyir: “Yaxşı sevişdik…”
Bu ilk sevişməsi deyilsə, ya da fövqəladə yaddaşı yoxdursa, kişi heç bir zaman indiyə qədər yaşadığı sevişmələrin detallarını xatırlaya bilməz. Amma bu yalanı bir kompliment olaraq qəbul edə bilərsiniz.
Bu növbəti sevişməyə sizi təşviq etmək üçün seçilmiş yoldur.
“Səni sevirəm”
Əslində bunu demək istəyir: “Səndən xoşum gəlir”.
Kişilər eşqini elan edən qadına avtomatik olaraq “səni sevirəm” qarşılığını verir. Amma bu həqiqətən aşiq olması anlamına gəlməz. Bəli, seks mənasında, ya da romantik olaraq aranızda getdikcə güclənən bir bağ meydana gələ bilər, amma əslində istifadə etdiyi söz, sizi itirmək istəməməsindən ötrü verilmiş sürətli bir reaksiyadır. Əgər siz demədən əvvəl deyirsə, həqiqət ola bilər.
“Evli deyiləm”
Əslində bunu demək istəyir: “Evliyəm, amma özümü arvadıma həsr etməmişəm”.
Bəzi kişilər kağız üzərində evli olduğu halda subaylar kimi davranmaqdan və subay həyatı yaşamaqdan zövq alır. Ola bilsin həqiqətən də evliliyi sevgi üzərində deyil, bəlkə də bitmək üzrədir. Amma evdə onu gözləyən və ona bağlı olan arvadı olan kişilər də çox təəssüf ki, macəraya atılmaqdan çəkinmirlər. Bu vəziyyətdə instinktləriniz sizə kömək edə bilər. Əgər instinktləriniz sizə onun evli ola biləcəyini deyirsə, instiklərinizə güvənin.
“Sən mənim problemim deyilsən”
Əslində bunu demək istəyir: “Mənim problemim sənsən, ancaq bunu deyə bilmirəm”.
Bir kişinin ən böyük kabusu qadından ayrılmaq və qadını bundan ötəri (bəlkə ayrılıq mesajından sonra) ağlayarkən görməkdir. Buna görə kişilər qadınları gözyaşları içində buraxacaq sözlər deməkdən çəkinirlər.
Bu fikrin başqa bir versiyası, “Mənim üçün həddindən artıq yaxşısın”, ya da “Mən sənə layiq deyiləm”dir.
“Bu sözləri əvvəl heç kimsəyə deməmişəm”
Əslində bunu demək istəyir: “Bunu sənə əvvəl heç vaxt deməmişəm”.
Kişi üçün etiraf etmək heç də asan deyil. Bu, hamı tərəfindən bilinən həqiqət olduğuna görə qadına, yalnız “ona” etiraf edirmiş kimi təəssürat vermək, qadının ürəyini qazanmağın ən asan yoludur. Bu qadına “seçilmiş” adam, ən “xüsusi” qadın olduğu hissini yaşadır. Xanımlar, buna diqqət edin! Bu yalana aldananda bir kişinin ovucunun içinə düşməyiniz o qədər də qəribə deyil.
“Sənin ailəni sevirəm”
Əslində bunu demək istəyir: “Onların öhdəsindən gələ bilərəm”.
Ağıllı bir kişi, ana və atasıyla yaxşı əlaqəsi olan bir qadınla birlikdə olarkən, ailəsi haqqında nələri demək mövzusunda iki dəfə düşünür. Çünki ailəsinə bağlı olan bir qadının ürəyini fəth etmək üçün ən yaxşı yol onun ailəsi haqqında gözəl sözlər söyləməkdir.
“Atasının qızı”, ya da “anasının bir dənəsi” üçün deyiləcək ən yaxşı kompliment, nə qədər yaxşı ailəyə sahib olduğunu dilə gətirməkdir. Həqiqətən elə düşünməsə də… Bu, bir-birinə bağlı olan ailəylə qəbul edilməyin ən ağıllı yoludur.
“Xeyr, o qadınla heç bir zaman əlaqəm olmayıb”
Əslində bunu demək istəyir: “Bəli, onunla əlaqəm olub, amma bunu sənə desəm, dəli olarsan”.
Kişilər əvvəlki əlaqələriylə bağlı məlumat vermək istəməyəndə tez-tez bu yalana əl atırlar. Çünki veriləcək suallarla üzləşməkdən qorxurlar. Bəs o suallar hansılardır? Məsələn, Yataqda məndən yaxşı idi? Məndən gözəl idi? Onu tez-tez düşünürsən? Ona qarşı hələ də nə isə hiss edirsənmi? Ayrıldıqdan sonra heç görüşdünüzmü? Ayrılmağı sən istədin, yoxsa o? Niyə ayrıldınız? və s.