alt paltari

Kişilərin alt paltarları onlar haqqında NƏ DEYİR? – FOTOLAR

Baxış sayı: 3. 582

Kişilər alt paltarları ilə elə də çox gündəmdə olmur. Lakin belə hadisə baş verərsə belə, buna hazır olmalısınız.

 

1. Bokser

Bokser tumanları boş yerə “ailə tumanı” adlandırmırlar. Bu tumanları geyinənlər ya ailəlidirlər, ya da uzun müddətdir ki, eyni partnyorla əlaqədədirlər. Onları şalvarın altında nə geyindiyiniz maraqlandırmır. Ona görə də bu tumanları seçməkdə rahatsınız.

 

2. Bokser (əyinə yapışanlar)

Siz dəbi izləyirsiniz və çox zövqlü geyinirsiniz. Sizi hətta şalvarın altında da nə geyinəcəyiniz düşündürür. O zaman sizin seçiminiz məhz bu tip alt paltarları olacaq. Onu da əlavə edək ki, aparılan sorğulara əsasən, bu tip tumanlar qadınların ən çox sevdiyi tuman növüdür.

 

3. Çimərlik geyimi formasında olan alt paltarları

Bu tip tumanları hər kişi cəsarət edib geyinə bilmir. Bu tip tumanları bir az açıq, rahat olan kişilər geyinir. Əslində onların əynində olması çox rahatdır. Yəni tuman geyinilməsi hiss olunmur. Amma yenə də bildiririk ki, bu tip tumanları ən cəsarətli kişilər geyinir.

 

4. Rezinində loqotip olan alt paltarları

Vacib deyil tumanda “Calvin Klein” və ya “Balenciaga” yazısı yazılsın. Vacib olan odur ki, siz klubda rəqs edən zaman sizin tumanınızda olan yazı görünsün. Bu tip geyinən kişilər tez-tez yeni görüşlərə açıq olanlardır.

 

5. Super qəhramanların şəkli olan alt paltarları

Sizdən çox böyük xahişimiz var ki, bu tip tumanları geyinməyəsiniz. Onlar sizi tam qeyri-ciddi bir insan kimi göstərəcək.

 

6. Strinqi

Siz striptiz göstərən ola bilərsiniz. Amma sizdən xahiş olunan əsas məsələ odur ki, işdən sonra bu tumanları, normal tumanla əvəz etməyi unutmayasınız.

 

7. Alt paltarsız olmaq

Siz bunu etməməyə çalışın, çünki pis vəziyyətdə yaxana bilərsiniz.