hediyye

Kişilərin bəyənə biləcəyi 10 hədiyyə – “14 fevral” bələdçisi

Baxış sayı: 1. 170

Artıq sabah Sevgililər günü qeyd olunacaq. Bu gün xüsusilə qadınlar diqqət və qayğı ilə əhatə olunmağı sevir. Lakin bəylər də belə xüsusi günlərdə nə qədər çox sevildiklərini bilmək istəyirlər.

Onları sevindirməyin və sevginizi göstərməyin ən yaxşı yolu isə zövqlə seçilmiş hədiyyələrdir. Hədiyyə seçimlərini müəyyənləşdirərkən dostlarımıza, atalarımıza, həmçinin iş yoldaşlarımıza eyni sualı ünvanladıq.

Bu bayram, ən çox hansı hədiyyəni istəyərsiniz? Beləliklə, kişilərin bəyənə biləcəyi 10 hədiyyəni seçdik.

 

1. İçki dəsti. Əgər hədiyyə etməyi planlaşdırdığınız şəxs içkiləri sevirsə, onda bu hədiyyə məhz onun üçündür. Müxtəlif ölkə istehsalı olan 5 içki növü (viski, çaxır və s.) yəqin ki, onun sevinməsi üçün əla səbəb olacaq.

Four Assorted Liquor Bottles

2. Isti, kaşmir sviter. Oğlanlar daha çox istifadə edə biləcəkləri, yəni işlərinə yaraya biləcək hədiyyələri sevirlər. Rəngi hədiyyə verdiyiniz şəxsin yaşından və zövqündən asılı olaraq dəyişə bilərsiniz.

instagram image

3. Zövqlü, kiçik yük çantası. Əgər sevdiyiniz şəxs səyahət etməyi sevirsə, bu seçimi mükəmməl adlandırmaq olar. O, bu hədiyyəni həftəsonu səyahətləri zamanı, həmçinin idman zalına gedərkən geyimlərini qoymaq üçün istifadə edə bilər.

4. Əla hazırlanmış şam yeməyi və ya onun çox sevdiyi restorana masa rezervasiyası da maraqlı seçim ola bilər. Heç olmazsa, hesabı bir dəfə də siz ödəyin. 🙂

Food Presentation In A Plate

5. Onu ən sevdiyi şirniyyata qonaq edin. Bunu öz əllərinizlə hazırlamış olsanız onun qəlbini bir daha fəth edəcəksiniz. Hazırlaya bilmirsinizsə, xəsislik etməyin, 14 fevral səhərində ona ən dadlı sürprizi bəxş edin.

Chocolate Cake on Top of White Ceramic Plate

6. Onu idman yarışına və ya hansısa konsertə olan biletlə təccübləndirin. Əşyaları deyil, xatirələri toplayın! Birlikdə əyləncəli zaman keçirməkdən daha dəyərli nə ola bilər ki? Siz həmçinin bura səyahət turu biletini də əlavə edə bilərsiniz.

Guitarist of Greyscale Photo

7. Qulaqcıq. Bu qulaqcıqlarla ona sizi xatırladacaq musiqiləri dinləyə biləcəklər. Keyfiyyətli səsləndirmə sisteminə sahib olan qulaqcıqlar onun könlünü oxşayacaq.

White Beats by Dr. Dre Wireless Headphones

8. Fotoaparat vasitəsilə birlikdə yaşadığınız macəraları əbədiləşdirin. Yəqin ki, bir çox səyahət və adrenalin aşiqləri bu hədiyyənin nə qədər möhtəşəm olduğu fikri ilə razılaşar.

Man Carrying Backpack Taking Photo Using Dslr Camera

9. Piknik səbəti dəsti. Açıq hava qonaqlıqlarını eləcə də, pikniki sevən bəylər üçün unikal hədiyyədir. Fevraldan sonra isti havalar gəlir. Belə havalarda piknikə getməyi arzu edirsinizsə, bunu ona belə bir hədiyyə ilə izah edə bilərsiniz. Bundan sonra, piknik etmək üçün səbəbləriniz çoxalacaq və dadlı istirahətdən zövq alacaqsınız.

Wicker Picnic Basket Set | 2 Person Deluxe Vintage Style Woven Willow Picnic Hamper | Ceramic Plates, Stainless Steel Silverware, Wine Glasses, S/P Shakers, Bottle Opener, Summer Picnic Kit (White)

10. Səyahət idmanını sevənlər üçün bir neçə hədiyyə seçimi fikirləşmişik. Buraya çadır, yaxşı idman ayaqqabıları və ya gecələmək üçün xüsusi yataq dəsti daxildir. Seçim etməyi isə siz xanımların öhdəsinə buraxırıq.

Image result for tent boots and backpacks




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir