qadinlar

Kişilərin bəyəndiyi qadın tipləri – İncə, uzun kirpikli…

Baxış sayı: 1. 632

Dəb – rənglər, formalar hər mövsüm dəyişir. Dəb çox kaprizli, ərköyün bir anlayışdır. Ancaq kişilər üçün bu dəyişikliklər o qədər də önəmli deyil. Çünki bu dəyişikliklər güclü cinsin nümayəndələrini o qədər də cəlb etmir. Onlar klassikləşmiş formalara üstünlük verirlər. Bəs, kişilər qadınlarda nəyin necə olmasını istəyir?

 

Saç düzümü

Kişilərin hit paradında uzun saçlar — çiyindən aşağı olanlar üstünlük təşkil edir. Saçlar təbii, gözəl, təmiz və havalı olmalıdır. Onlar saçın rənginin təbii olmasını xoşlayırlar. Kişilərin fikrincə, haçalanan saç ucları, qeyri-sağlam rəng tonları (badımcanı, narıncı və sairə), oğlan kimi qısa saç kəsimləri ancaq iri gözləri olan nadir incə qızlara yaraşa bilər. Çoxluq isə adıçəkilənlərdən uzaq qalaraq, klassik formalara üstünlük versə yaxşıdır.

 

Makiyaj

Burada da onlar təbiiliyə və bir daha təbiiliyə üstünlük verirlər. Düzdür, parlaq dodaq boyası olar. Ancaq hər gün yox, hansısa özəl mərasim və ya günlər üçün. Süni uzadılmış kirpiklər, çox ağardılmış dəri, parıltılı dodaq boyası yolverilməzdir. Bu siyahıya həddindən çox süni qaraldılmış dəri və qəribə rəngli dodaq boyası da daxildir. Xüsusilə əgər dodaqlar silikonludursa.

 

Manikur

Qulluq edilmiş, təbii görünüşlü, orta uzunluqda olan dırnaqlar cəlbedicidirlər. Dırnaqlar boyalı olsa daha yaxşıdır. Amma boyanın üzərində şəkillər və bəzəklər olmasın. Caynağa oxşayan, həddindən artıq uzun, ucu iti, üzəri isə şəkilli dınaqlar güclü cinsin nümayəndələrinə o qədər də xoş təsir bağışlamır.

 

Paltar

Kişilər qadınları onlara xas olan paltarlarda, kostyum, gecə libasları, hətta cins və adi koftada da görməyi sevirlər. Bir şərtlə — paltar bədənin formasına uyğun olmalıdır. Ən əsası odur ki, geyim harmoniya təşkil etsin, səliqəli olsun. Mövsümə uyğun olmayan geyimlər, məsələn, qışda qısa toplar, yazda xəz ancaq zövqsüzlük kimi qəbul edilir. Kişilər həm də qısa şalvarlara- briclərə, həddindən artıq dar şalvarlara, bəzəkli kolkotqalara, əfqan şalvarlarına, üzərində yazılar olan maykalara da yaxşı baxmırlar.

 

Ayaqqabı

Açıq bosonojkalar, orta ölçülü dabanı olan tuflilər, uzun qış ayaqqabıları – bir sözlə, köhnə dəbin formaları kişilər üçün kifayətdir. Əlbəttə ki, qeyri-adi görünüşlü uqqi, kobud botinkalar, platformalı ayaqqabılar və sairə.

 

Aksesuarlar

Stilli kulonlar, bilərziklər, klassik çantalar, kiçik sırğa və qulluq edilmiş əllərdəki üzüklər kişilərin ağlını başından ala bilər. İri ağır sırğalar, üzün yarısını tutan eynəklər, praktik olmayan kiçik çantalar, külli miqdarda qızıl, zinət əşyaları kişilərdə ikrah hissi yarada bilər.

 

Fiqura

Qadına xas gözəl, idmançı bədəni kişilər sevir. Çəki o qədər də vacib olmasa da, yaxşı olar ki, forma proporsional olsun. Qabağa çıxan qarın, iri ayaqlar, piy qatlarını nəinki kişilər, heç qadınlar da xoşlamırlar. Bundan daha pisi ancaq anoreksiya ola bilər. Bir dəri bir sümük olan, rəngi solan qadınlara kişilərin ancaq yazıqları gəlir. Belələrinə onlar ancaq yemək verərək, yatızdırmaq istəyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir