Güclü ailəni qurmaq çox çətindir. Bir çox evli cütlük dağılır. Və bu müxtəlif səbəblərdən baş verir. Tez-tez boşanmalar tərəflərdən biri digərinin davranışını bəyənməməsindən baş verir.
Beləliklə, xarici KİV-ə istinadən kişilərin mənfi addımlarını sadalayırıq:
Xəyanət
Xəyanəti boşanmaların ən çox yayılmış səbəblərindən biridir. Həyat yoldaşını aldatmaq hər bir qadın üçün böyük psixoloji zərbədir. Zərif cinsin bəzi nümayəndələri tərəfdaşlarını bağışlamaq üçün güc tapırlar. Ancaq çoxları boşanmaq qərarına gəlir.
Təcavüz
Güclü qadın ərinin nalayiq hərəkətlərinə dözməz. Kişinin qışqırması, təhqir və zor tətbiq etməsi, çətin ki, həyat yoldaşı tərəfindən diqqətdən kənarda qalsın. O, yəqin ki, daha aqressiv bir insanla yaşamaq istəməyəcək.
Məhəl qoymamaq
Kişi sakit insan və sadiq həyat yoldaşı olması mümkündür. Buna baxmayaraq, bir qadının ondan boşanmaq istəyi başqa ola bilər. Bu, həyat yoldaşı digər yarısına kifayət qədər diqqət yetirmədikdə və onunla ünsiyyətdən imtina etməyə başladıqda baş verir.