kisi

Kişilərin eşitməkdən ən çox nifrət etdiyi 6 cümlə

Baxış sayı: 1. 814

Əgər bu siyahıda göstərilən sözləri bir dəfə demisinizsə, bir aha deməmək mövzusunda diqqətli olmağınız məsləhətdir. Çünki bütün ailə psixoloqlarının iddiasına görə, kişilər sevgililərindən ən çox bu sözləri eşitməkdən bezirlər.

Həmin cümlələrdən bir neçəsini sizə təqdim edirik.

1. Yaxşısı budur, özüm edim.

Bir çox ailə psixoloqlarının iddiasına görə, qadınlar bəzi mövzularda tez-tez səbrsizlik gözləyir və bu da kişiləri həvəsdən sala bilir. Əgər siz həyat yoldaşınızdan nəyisə düzəltməyini istəmisinizsə, bunu etmək üçün ona vaxt da verməlisiniz. Hətta o bunu üç dəfə unutsa da əvvəl-axır edəcək. Yox əgər siz istehzayla qollarınızı çırmalayıb, “yaxşısı budur ki, özüm edim,” desəniz, bu halda ona heç bir şeyi etibar etmədiyinizi hiss etdirmiş olacaqsınız.

2. Özün tapa bilərdin.. 

Bu qəzəbli sözlərlə heç bir kişini ələ ala bilməzsiniz. Kişilər üçün hər şey açıq kart prinsipi üzərindədir. əgər hər hansı bir şeyin baş verməsini istəyirsənsə, bunu açıq-aydın deməlisən. Əks halda heç kimi günahlandırma q və ya kişidən sənin nə istədiyini özününü tapmasını tələb etmək mənasız vaxt və əsəb sərfiyyatından başqa bir şey deyil.

3. Biz danışmalıyıq..

Bu sözlərdən daha çox qorxudan başqa söz düşünmək qeyri-mümkündür. Əslində ilk səslənmədən olduqca adi sözlər olsa da, kişiləri dəhşətə gətirən ifadədir. Bu sözlər hansısa ciddi söhbət, şikayət və ya tənqidin xəbərçisidir. Psixoloq Marsiya Berger deyir ki, bu halda kişilər adətən müxtəlif yollarla söhbətdən boyun qaçırmağa çalışırlar. Çünki onlar çox yaxşı başa düşürlər ki, söhbət ikitərəfli deyil, birtərəfli baş tutacaq.

4. Özünü kişi kimi apar!

Bir kişini tamamilə hövsələdən çıxara biləcək cümlədir. Nə qədər qəzəblənməyinizdən və məyus olmağınızdan asılı olmayaraq, kişiyə belə bir ifadə işlətməyiniz münasibətinizə heç düşünmədiyiniz qədər böyük zərbə vura bilər. Unutmayın ki, hər bir insanın zəif olmaq və səhv etmək haqqı var. Qüruruna toxunmaqla geri dönüşü olmayan bir yola addım atmış ola bilərsiniz.

5. Tökdüklərini yığışdır, mən sənin qulluqçun deyiləm!

Əlbəttə, hər kəs öz səliqəsinə fikir verməli və tökdüklərini yığışdırmalıdır. Lakin insanların birdən-birə dəyişmədiyini nəzərə alsaq, bunu daha korrekt formada çatdırmaq lazım olduğunu da deyə bilərik. İllərlə anasının hər nazını çəkdiyi oğlunun birdən-birə təmizlik və səliqə-səhman təcəssümü olmasını gözləyirdinizsə, sizə pis xəbərimiz var – bu dərhal mümkün deyil. Bəzi məsələləri zamanla bir-birinizə öyrətməlisiniz.

6. Yenə dostlarınla görüşürsən?

Kişinin öz dostları ilə görüşməsinə öz evliliyiniz üçün təhlükə gözüylə baxmayın. Azadlığını əlindən aldığınız insan heç vaxt tam xoşbəxt ola bilməz. Hər kəsin fərqli zaman keçirməyə vaxtaşırı ehtiyacı olur və mənasız iradlar tutaraq ancaq münasibətinizdə uzaqlaşmaya səbəb ola biləcəksiniz. Bunun əvəznə onun dostlarıyla keçirdiyi zaman başına gələn maraqlı söhbətlərə qulaq asın və hətta yanında olmadığınız anlarda da onunla maraqlandığınız hiss etdirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir