Birinci qayda: Düzgün seçilmiş kəmər üçüncü deşikdə bağlanmalıdı, kəmərin artıq qalan hissəsi şalvardakı kəmərin taxılması üçün birinci hissədən keçirilməlidir.
İkinci qayda: Heç zaman kəmərdə əlavə deşik açmayın, əgər kəmərin ölçüsü uyğun gəlmirsə onda xüsusi bolt vasitəsi ilə tənzimləyin.
Üçüncü qayda : Klassik kişi kəmərinin rəngi ayaqqabı və çantanın rənginə uyğun gəlməlidir.
Dördünca qayda : Kəmərin rənginin saatın qayışının rəngi ilə uyğun gəlməsi mütləq olmasa da, arzuolunandır.
Beşinci qayda : İş kostyumu üçün ciddi, heç bir artıq elementsiz kəmər seçmək lazımdı, gündəlik istifadə üçün isə enli və sizə rahat olan kəmər seçməyiniz məqsədəuyğundu.