kisi-qadin

Kişilərin nifrət etdiyi 10 sual

Baxış sayı: 658

Hərdən adi düzgün olmayan sual ən möhkəm münasibitlərə belə son gətirə bilər. Beləliklə, xanımlar, sevdiyiniz insana aşağıdakı 10 sualı verməyiniz məsləhət deyil.

 

1) Bu paltar məni kök göstərir?

Bu, kişiyə verə bildiyiniz ən betər sualdı. Yadınızda saxlayın: bütün kişilər özünə güvənən qadınları sevir. Ona görə də belə sualları öz rəfiqənizə, ananıza vermək daha məsləhətlidir.

 

2) Nə düşünürsən?

Bu sualın cavabı üçün ən çox yayılmış variant: “Heç nə düşünmürəm” cavabı olacaq. Və bu doğrudan da belədir. Eyni zamanda hər şeyi və heç nəyi düşünmək insanlara məxsus olan xüsusiyyətdir. Tez-tez siz tərəfdən verilən bu sual ancaq onun belə baxışının sizi qıcıqlandırdığını deyə bilər.

 

3) Əgər rəfiqələrimdən birini öpmək şansın olsaydı, kimi seçərdin?

Bu sual istənilən kişini qıcıqlandırır, çünki hansı ad desə, çətin ki o sizin xoşunuza gələ bilər. Təbii ki, siz istəyirsiz ki o, “Mənə 10 milyon dollar versələr də, heç birini öpmərəm”cavabını söyləsin. Amma bəzi suallarda kişilər yalan danışmağı heç xoşlamırlar.

kisi-qadin

4) Bizim birlikdə neçə övladımız olacaq?

İstəyirsiz əziziniz sizdən qaçsın və bir də heç vaxt zənglərinizə cavab verməsin? Yox? O zaman tez unuduruq bu sualı. Nə qədər ki, siz nişan tarixini təyin etmədiniz və onun sizinlə əsrlər boyunca olmaq arzusunda əmin olmadınız, o vaxta qədər sadəcə sevdiyiniz insanın yanında olmaqdan ləzzət alın.

 

5) Dostlarınla görüşəndə məni də özünlə götürə bilərsən?

Bu sualı eşidən kişi təbii ki, çox əsəbləşəcək. Çünki kişilərin öz işləri və söhbətləri var. Bir də təsəvvür edin ki, qızların məclisinə o gəlib sizin orda etdiyiniz bütün qeybətlərə qulaq asacaq.

 

6) Əgər mən avtomobil qəzasında ölümcül xasarət alıb ölsəm, ölümümdən sonra nə qədər gözləyəcəksən ki, növbəti yeni eşq macəranı qurasan?

Allah eləməmiş, bəs ona bir şey olsa siz nə qədər gözləyəcəksiz? Birdən sizin xəyalınızın kişisi sizə düz qəbirstanlığın çıxışında rastlasa? Onda necə? Sevgidə qabaqcadan heç nə demək olmur. Bundan savayı, heç bir kişinin səbəbsiz yerə qadınların özlərini qurban eləmələri xoşuna gəlməz.

 

7) Sən dayanmadan bu qıza baxırsan, bu qız sənin xoşuna gəlir?

Bu sual yenə özünə inamsızlığın olmasını göstərir. O sizinlədir, onunla deyil. Ona görə də problem olmayan yerdə problem çıxardıb xırda şeylərə görə qısqanmaq lazım deyil.

 

8) Məndən qabaq neçə qızla görüşmüsən?

Siz həqiqətən bu suala cavab bilmək istəyirsiz? Bilsəniz bu sizə nə verəcək ki? Keçmişi silib dəyişmək olmur. Hər kəsin sirr saxlamağa haqqı var. Ona görə də xoş və ya xoşagəlməz xatirlərə onu itiləmək lazım deyil.

qadin-kisi

9) Kimi daha çox sevirsən: Məni ya ananı?

99% kişilər hesab edəcək ki, bu, hörmətsizlik, ehtiramsızlıqdır. Əslində onlar sadəcə olaraq bu sualın cavabını bilmirlər. Sizinlə olan münasibətlər və ana-oğul münasibətləri prinsipial olaraq fərqlidir. Onları müqayisə etmək olmaz. İndi siz düzgün cavabı bilirsiz və bundan sonra belə mənasız sual verməyəcəksiniz.

 

10) Həqiqətən məni sevirsən?

Bu sualı vermək – “sənin sevginə inanmıram” deməyə bərabərdi. Ama siz bunu demək istəmirsiniz. Bəzi kişilər sevgidən danışmağı xoşlamır, öz hərəkətləri ilə öz sevgini sübut edirlər. Ən vacibi elə budur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir